12px13px15px17px
Tarix:30/01/12

Ölkədə 50 min dollarlıq unikal telefon-hibrid satışa çıxarılacaq

2012-ci  il qədəmlərini qoyar-qoymaz İsveçrənin tanınmış “Ulysse Nardin” saat brendi “Ulysse Nardin Chairman” adlı telefon-hibridi təqdim edib. Bu saatı istəyən hər kəs əldə edə bilər. Sözügedən məhsul artıq bütün dünyada, o cümlədən Azərbaycanda satışa çıxarılıb.

«İCTnews» elektron xəbər xidmətinin məlumatına görə, telefon rotorlu kinetik qidalanma sistemi ilə təchiz olunub və bunun sayəsində batareya üçün əlavə enerji istehsal edə bilər. Mexaniki saatlarda olduğu kimi, avtodoldurma funksiyasını xatırladan bu sistemin görünüşü də eynidir.

Belə ki, telefon korpusunun yan tərəfində doldurma başlığı yerləşir və onu hərəkət etdirərək enerji istehsal edən rotorlu generatoru işə salmaq olar. Ona görə də bu telefonu hibrid adlandıranlar da var.

Yəni o, həm doldurma qurğusundan qidalanan batareya ilə - ənənəvi üsulla, həm də rotorlu generatorla işləyir. Hibridin maksimal dəyəri 50 min ABŞ dollarınadək təşkil edir. Ümumilikdə isə 1846 telefon buraxılıb. Bu rəqəm də İsveçrə şirkətinin əsasının qoyulduğu tarixi simvolizə edir.





Baxış sayı: 1428

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






15 Oktyabr 2024

14 10 2024