12px13px15px17px
Tarix:03/02/12

Üçüncü nəsil "iPad" planşeti 4 nüvəli prosessora malik olacaq

"Boy Genius Report" resursu üçüncü nəsil "Apple iPad" planşeti haqqında əldə etdiyi yeni informasiyanı  bölüşüb.

Qurğunun "ürəyi"nin 4 hesablama nüvəsinə malik "Apple A6" prosessoru olacağı bildirilib. Qurğu satışa 2 versiyada çıxarılacaq: bir versiya "Wi-Fi"  simsiz şəbəkəsini və "GSM", "CDMA" və "LTE" mobil xidmətlərini dəstəkləyəcək. Digər modifikasiya üçün yalnız "Wi-Fi" adapteri nəzərdə tutulub.

İlkin məlumatlara görə, üçüncü nəsil "iPad" 2048×1536 piksel təsvir ölçülü ekrana malik olacaq. Bununla belə ekranın ölçüsü əvvəlki kimi 9,7 düym olaraq qalacaq.Üçüncü nəsil "iPad" planşetinin mart ayında satışa çıxarılacağı istisna deyil.



http://hard.compulenta.ru/658687/




Baxış sayı: 1698

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 Oktyabr 2024

05 10 2024