12px13px15px17px
Tarix:01/07/11

Cənubi Koreyada 4-cü nəsil mobil şəbəkənin istismarına başlanıb

Cənubi Koreyanın ən böyük mobil operatoru “SK Telecom” bu gün “Long-Term Evolution” (LTE) texnologiyasını istifadə edən 4-cü nəsil mobil şəbəkəsini işə salır. Yeni xidmətin, hər şeydən əvvəl güclü smartfon və planşet kompyuterləri sahiblərinə istiqamətlənəcəyi bildirilib. Şəbəkə baza stansiyasından abunəçiyə məlumatların ötürülməsinin maksimal sürətini 75 Mbit/s ilə təmin edəcək. İlin sonuna kimi “SK Telecom” LTE xidməti 300 min abunəçinin qoşulacağını hesablayır. 2015-ci ilədək isə abunəçilərin bazasının 10 milyona çatacağı gözlənilir.
Analitiklərin qiymətləndirmələrinə görə, 2014-cü ildə, Koreyada bütün mobil məlumat-trafikinin təxminən 65%-i LTE şəbəkələrinin payına düşəcək. İlk əvvəl “SK Telecom” LTE xidmətini Seul sakinlərinə təklif edəcək; 2013-cü ilədək bütün ölkəni təmin etmək planlaşdırılır. “SK Telecom” sentyabrda LTE dəstəkli smartfon və planşet fərdi kompyuterlərinin satışlarına başlayacaq. İlin sonuna kimi 4,5 düym diaqonallı ekran ilə 9 LTE dəstəkli qurğu istifadəyə verəcək.



Baxış sayı: 1127

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024