Tarix:08/02/12
Cənubi Koreyada aerodromlarda quşların qorxudulması üçün 2,5 metr hündürlüyündə və 1,4 ton çəkisində robot yaradılıb. Robotun yuxarı hissəsində dairəvi dinamik quraşdırılıb. Dinamik 100 desibel (db) səviyyəsində olan səsi 300 metr məsafəyə yayır, "Tona ilbo" qəzeti yazıb.
Pulemyotların və top yaylım atəşlərinin gurultusundan əlavə, robot, həmçinin təhlükə hiss etdikdə uçan səksəkəli quşların səslərini çıxarır. Nəticədə, qırğının gurultulu səsini eşidən vəhşi ördəklər uçuş-enmə zolağının ətrafındakı ərazini təlaş içərisində tərk edirlər. Bütovlükdə robotun audioarsenalına 13 müxtəlif səs yazılıb.
Robot quşları dinamiklərdən əlavə, lazer vasitəsi ilə də qorxudur. Robotdan 1-2 km uzaqlıqda quş dəstəsi olduqda, yaşıl işıq əks edən lazer işə salınır. Qəzetin versiyasına görə, quşlar lazer şüasının uzun çubuq olduğunu zənn edirlər, ona görə də qorxurlar və uçub gedirlər.
Robot-keşikçi, həmçinin 2 kamera ilə təchiz edilib. Kameralar 300 metrə qədər məsafədə uzunluğu 30 santimetrə qədər olan iri quşları qeyd edirlər və onları aerodrom uzaqlaşmayana kimi izləyirlər.
Robotdan istifadənin ilk nəticələri uğurlu olub: robot 60% hallarda quşları qorxuda bilib, halbuki fransız lazer sistemində effektivliyin bu göstəricisi 40%-ə bərabərdir.
Cənubi Koreyada aerodromlarda quşları qorxudan robot yaradılıb
“İtar-tass.com” saytının məlumatına əsasən, mülki və hərbi təyyarələrin quşlarla toqquşma təhlükəsi hər an baş verə bilər. Belə ki, saatda 370 kilometr sürətlə uçan qırıcınının 900 qram çəkisi olan vəhşi ördəklə toqquşması zamanı zərbə qüvvəsi 4,8 tona çatır. Əgər quş reaktiv mühərrikin ucluğuna düşərsə, o zaman təyyarə adətən qəzaya uğrayır.Cənubi Koreyada aerodromlarda quşların qorxudulması üçün 2,5 metr hündürlüyündə və 1,4 ton çəkisində robot yaradılıb. Robotun yuxarı hissəsində dairəvi dinamik quraşdırılıb. Dinamik 100 desibel (db) səviyyəsində olan səsi 300 metr məsafəyə yayır, "Tona ilbo" qəzeti yazıb.
Pulemyotların və top yaylım atəşlərinin gurultusundan əlavə, robot, həmçinin təhlükə hiss etdikdə uçan səksəkəli quşların səslərini çıxarır. Nəticədə, qırğının gurultulu səsini eşidən vəhşi ördəklər uçuş-enmə zolağının ətrafındakı ərazini təlaş içərisində tərk edirlər. Bütovlükdə robotun audioarsenalına 13 müxtəlif səs yazılıb.
Robot quşları dinamiklərdən əlavə, lazer vasitəsi ilə də qorxudur. Robotdan 1-2 km uzaqlıqda quş dəstəsi olduqda, yaşıl işıq əks edən lazer işə salınır. Qəzetin versiyasına görə, quşlar lazer şüasının uzun çubuq olduğunu zənn edirlər, ona görə də qorxurlar və uçub gedirlər.
Robot-keşikçi, həmçinin 2 kamera ilə təchiz edilib. Kameralar 300 metrə qədər məsafədə uzunluğu 30 santimetrə qədər olan iri quşları qeyd edirlər və onları aerodrom uzaqlaşmayana kimi izləyirlər.
Robotdan istifadənin ilk nəticələri uğurlu olub: robot 60% hallarda quşları qorxuda bilib, halbuki fransız lazer sistemində effektivliyin bu göstəricisi 40%-ə bərabərdir.
Baxış sayı: 1598
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib