12px13px15px17px
Tarix:10/02/12

"iPad" planşeti martın ilk həftəsində təqdim ediləcək

"Apple" şirkəti üçüncü nəsil "iPad" planşet kompyuterini mart ayının ilk həftəsində təqdim edəcək. "All Things Digital" saytının məlumatına görə, "Apple" şirkəti mətbuat konfransını San-Fransisko şəhərində keçirəcək. Lakin sayt qurğunun bazara nə zaman çıxarılacağı barədə məlumat verməyib.

Qeyri-rəsmi məlumatlara görə, üçüncü nəsil "iPad" planşeti 2048x1536 nöqtə təsvir ölçüsündə  ekrana malik olacaq. "Bloomberg" resursunun  məlumatına görə, yeni "iPad" planşeti "Apple" şirkətinin məhsul xəttində "LTE" mobil şəbəkəsini dəstəkləyəcək ilk qurğu olacaq.

Kütləvi informasiya vasitələri (KİV), həmçinin üçüncü nəsil "iPad" planşet kompyuterinin "iPad 2" ilə müqayisədə daha tutumlu akkumulyator batareyasına malik olacağını bildirib.
"iPad" planşet kompyuterləri öz seqmentində liderliyini qoruyub saxlayır.


digit.ru/technology/20120209/389192781.html
 




Baxış sayı: 1409

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 Oktyabr 2024

05 10 2024