12px13px15px17px
Tarix:10/02/12

Avtomat qələm casusluq edəcək

“Swann” şirkəti gizli foto və videoçarxlar çəkmək üçün nəzərdə tutulmuş “HD PenCam” və “PenCam 4GB” yığcam kameralarını təqdim edib.

Yeniliklər diyircəkli avtomat qələm altında maskalanıblar. Avtomat qələmin yuxarı hissəsində gizli obyektiv, korpusun daxilində isə elektronika və akkumulyator batareyası yerləşdirilib. Çəkiliş istifadəçi müdaxiləsi olmadan səssiz həyata keçirilir.

“HD PenCam” modeli videonu 1280×720 (720p) nöqtə təsvir ölçüsündə və fotonu isə 1600×1200 piksel təsvir ölçüsündə çəkməyə imkan verir. Materialların saxlanılması üçün 16 QB tutuma qədər  “MicroSD” kartları  tətbiq edilir. Avtonom iş müddətinin 45 dəqiqə olduğu bildirilib.

“PenCam 4GB” modeli videonu 640×480 nöqtə təsvir ölçüsündə yazmaq imkanına malikdir; fotoşəkilləri isə 1280×1024 piksel təsvir ölçüsündə çəkə bilir. Qurğu 4 Qb daxili yaddaşa malikdir; avtonom iş müddəti isə 60 – 90 dəqiqəyə bərabərdir.

Çəkilmiş materialı kompyuterə əlavə etmək üçün qələmi açmaq və onu “USB”  porta qoşmaq kifayətdir. Yeniliklərin ölçüləri 150×15×15 mm; çəkisi isə 30 qr təşkil edir.
“PenCam 4GB” modelinin qiyməti təxminən 50 dollar, “HD PenCam” modelinin qiyməti isə 100 dollar təşkil edir.
 


http://hard.compulenta.ru/660195/





Baxış sayı: 2251

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024