12px13px15px17px
Tarix:13/02/12

Kompyuterlərdə şifrə əvəzinə insan ürəyinin ritmindən istifadə olunacaq

Tayvan mühəndisləri və proqramçıları bu və ya digər hesablama sistemlərində istifadəçilərin autentifikasiyası proseduruna yenidən baxmağı təklif edirlər. Bunun üçün əvvəlcə şifrələr, sonra smart-kartlar, daha sonra biometrik sistemlər tətbiq olunub. Hazırda isə şifrə kimi istifadəçinin ürəyindən, daha dəqiq ürək ritmindən istifadə etmək təklif edilir.

Tayvanın Çjunsin şəhərində yerləşən Milli universitetin mühəndisi Çun-Lyan Lin bildirib ki, hər bir insan ürəyinin ritmi – bu, bir növ unikal identifikatordur. Çünki tamamilə oxşar fəaliyyət göstərən iki ürək əzələsi  yoxdur. Səs, yığılma tempi, klapan və miokardın iş xüsusiyyətləri – bütün bunlar bu və ya digər insana aid unikal identifikatordur.

Alimlər təklif edilən sistem haqqında daha ətraflı "Information Sciences" jurnalının yeni nömrəsində danışmaq niyyətindədirlər.




EMİL 
 
 
 




Baxış sayı: 3658

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 Oktyabr 2024

03 10 2024