12px13px15px17px
Tarix:14/02/12

“Nokia”dan 3 smartfon, 3 telefon

“PocketNow” saytı finlərin Barselonada keçiriləcək “MWC” sərgisində 3 smartfon və 3 telefon təqdim edəcəklərini iddia edir. Aparatlardan ikisi  “Windows Phone” mobil əməliyyat sistemi, biri “Symbian” platforması, digər üçü isə “S40” platforması ilə işləyəcək.

“Microsoft” korporasiyasının “Windows Phone” mobil əməliyyat sistemi ilə işləyəcək “ağıllı” telefonlardan biri “CES” sərgisində təqdim edilmiş “Lumia 900”-ün beynəlxalq versiyası olacaq. Digər smartfon isə büdcəyə uyğun “Nokia Lumia 610 PureView” olacaq. “Symbian” platforması əsasında “Nokia 808” qurğusu təqdim ediləcək.

Finlər “MWC” sərgisində yuxarıda sadalanan smartfonlardan əlavə, “Asha 302”, “Asha 203” və “Asha 202” telefonlarını da təqdim edəcəklər.
 



EMİL




Baxış sayı: 1102

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 Avqust 2020

03 08 2020