Tarix:20/02/12
Yeni smartfon rəsmən fevral ayının 27-si tarixində açılışı olacaq “Mobile World Congress” (MWC) sərgisində təqdim ediləcək. Lakin “LG” şirkəti bildirib ki, “Optmius Vu” smartfonu mart ayında Koreyada satılmağa başlayacaq, dünya bazarına isə cari ildə bir qədər sonra çıxarılacaq. Qiyməti haqqında informasiya hələlik yoxdur.
“LG” şirkətinin verdiyi informasiyaya əsasən, aparatın uzunluğu 139,6 mm, eni 90,4 mm, qalınlığı isə təxminən 8,5 mm təşkil edir. Aparat ekranının baza təsvir ölçüsü 1024x768 piksel təşkil edir. Belə təsvir ölçüsü filmlərə rahat şəkildə baxmağa imkan verir. “LG” şirkəti qeyd edib ki, təqdim edilən smartfon hazırda bütün mövcud “LTE” aparatları arasında ən naziyidir.
Qurğu 1,5 QHs takt tezlikli ikinüvəli çip əsasında işləyir, 32 Qb daxili yaddaşa və 1 Qb “DDR2” əməli yaddaşa malikdir. Aparatın ön kamerası 1,3 meqapikseldir. Buna görə “Skype” vasitəsilə video rejimində rahat əlaqə saxlamaq mümkündür. Arxa kamera 8 meqapiksel təşkil edir. “Optimus Vu” smartfonu ilk əvvəl “Android 2.3” əməliyyat sistemi ilə tədarük ediləcək. Lakin sonradan “Android 4.0”-a qədər yeniləmək mümkün olacaq.
EMİL
“LG” şirkəti yeni smartfon təqdim edib
Koreyanın “LG Electronics” şirkəti bu gün, fevral ayının 20-də yeni “Optimus Vu” smartfonunu təqdim edib. Smartfon “LTE” şəbəkələrində işləyə bilir və 5 düymlü ekrana malikdir. İstehsalçı qeyd edib ki, yenilik xüsusi olaraq multimediaya baxmaq və elektron kitablar oxumaq üçün optimallaşdırılmış ekrana malikdir.Yeni smartfon rəsmən fevral ayının 27-si tarixində açılışı olacaq “Mobile World Congress” (MWC) sərgisində təqdim ediləcək. Lakin “LG” şirkəti bildirib ki, “Optmius Vu” smartfonu mart ayında Koreyada satılmağa başlayacaq, dünya bazarına isə cari ildə bir qədər sonra çıxarılacaq. Qiyməti haqqında informasiya hələlik yoxdur.
“LG” şirkətinin verdiyi informasiyaya əsasən, aparatın uzunluğu 139,6 mm, eni 90,4 mm, qalınlığı isə təxminən 8,5 mm təşkil edir. Aparat ekranının baza təsvir ölçüsü 1024x768 piksel təşkil edir. Belə təsvir ölçüsü filmlərə rahat şəkildə baxmağa imkan verir. “LG” şirkəti qeyd edib ki, təqdim edilən smartfon hazırda bütün mövcud “LTE” aparatları arasında ən naziyidir.
Qurğu 1,5 QHs takt tezlikli ikinüvəli çip əsasında işləyir, 32 Qb daxili yaddaşa və 1 Qb “DDR2” əməli yaddaşa malikdir. Aparatın ön kamerası 1,3 meqapikseldir. Buna görə “Skype” vasitəsilə video rejimində rahat əlaqə saxlamaq mümkündür. Arxa kamera 8 meqapiksel təşkil edir. “Optimus Vu” smartfonu ilk əvvəl “Android 2.3” əməliyyat sistemi ilə tədarük ediləcək. Lakin sonradan “Android 4.0”-a qədər yeniləmək mümkün olacaq.
EMİL
Baxış sayı: 1346
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib