Tarix:20/02/12
ABŞ-ın Merilend ştatında yerləşən universitetin fiziki Bryus Keyn bildirib ki, atomdan tranzistor kimi istifadə fundamental olaraq yeni yanaşma deyil, çünki alimlər artıq uzun müddətdir ki bu istiqamətdə işləyirlər, lakin yenilik ondan ibarətdir ki, atomu təcrübədə silisium lövhəsinə dəqiq yerləşdirmək mümkün olub.
"Bu, tamamilə fantastik yanaşmadır" - o bildirib. "İstehsal metodlarının inkişafı gec-tez ona gətirib çıxaracaq ki, biz materiyanın ən xırda elementlərindən elektron həllər yaradacağıq.
Belə çiplər isə hesablama konsepsiyalarını tamamilə alt-üst edəcək. Hazırda bəşəriyyətin bu qədər kiçik ölçüdə hesablama həllərinin yaradılmasına ehtiyacı yoxdur, lakin gələcəkdə ola bilər. Buna heç bir şübhə yoxdur".
Müasir prosessorlarda tranzistorlar ikili informasiya vahidləri ilə işləyən ən sadə fərdi hesablama vahidləri rolunu yerinə yetirirlər. Tranzistorların ölçüləri nə qədər kiçik olsa, o qədər daha çox belə hesablama blokunu çipdə yerləşdirmək mümkün olacaq. Və nəticədə prosessorun məhsuldarlığı daha yüksək olacaq.
Bununla belə, alimlər bildiriblər ki, onların hazırlaması hələ ki yalnız konsepsiyadır. Lakin bu konsepsiya artıq təcrübədə işləyən atom-tranzistorun yaradılmasına görə əhəmiyyətlidir.
EMİL
Fiziklər fosfor atomundan işlək tranzistor yaradıblar (VİDEO)
Materiyanın əsas elementi olan atom artıq yaxın gələcəkdə hesablama vahidinə çevrilə bilər. Alimlər tarixdə ilk dəfə olaraq fosforun bir atomunu silisium lövhəsinə yerləşdirməyi bacarıblar və bu konstruksiya tranzistor kimi işləyir.ABŞ-ın Merilend ştatında yerləşən universitetin fiziki Bryus Keyn bildirib ki, atomdan tranzistor kimi istifadə fundamental olaraq yeni yanaşma deyil, çünki alimlər artıq uzun müddətdir ki bu istiqamətdə işləyirlər, lakin yenilik ondan ibarətdir ki, atomu təcrübədə silisium lövhəsinə dəqiq yerləşdirmək mümkün olub.
"Bu, tamamilə fantastik yanaşmadır" - o bildirib. "İstehsal metodlarının inkişafı gec-tez ona gətirib çıxaracaq ki, biz materiyanın ən xırda elementlərindən elektron həllər yaradacağıq.
Belə çiplər isə hesablama konsepsiyalarını tamamilə alt-üst edəcək. Hazırda bəşəriyyətin bu qədər kiçik ölçüdə hesablama həllərinin yaradılmasına ehtiyacı yoxdur, lakin gələcəkdə ola bilər. Buna heç bir şübhə yoxdur".
Müasir prosessorlarda tranzistorlar ikili informasiya vahidləri ilə işləyən ən sadə fərdi hesablama vahidləri rolunu yerinə yetirirlər. Tranzistorların ölçüləri nə qədər kiçik olsa, o qədər daha çox belə hesablama blokunu çipdə yerləşdirmək mümkün olacaq. Və nəticədə prosessorun məhsuldarlığı daha yüksək olacaq.
Bununla belə, alimlər bildiriblər ki, onların hazırlaması hələ ki yalnız konsepsiyadır. Lakin bu konsepsiya artıq təcrübədə işləyən atom-tranzistorun yaradılmasına görə əhəmiyyətlidir.
EMİL
Baxış sayı: 1476
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib