12px13px15px17px
Tarix:04/07/11

“Amazon” da planşet istehsal etməyi düşünür

Veb- mənbələrin məlumatına əsasən, “Amazon” şirkəti planşet fərdi kompyuterləri üçün sensor panel istehsalı ilə bağlı Tayvan istehsalçıları ilə danışıqlar aparır. “Amazon” şirkətinin “TPK Holdings”, “Wintek”, “HannStar Display” və “J Touch” firmalarını partnyor kimi gördüyü bildirilib. Sentyabr ayına planlaşdırlan ekranların birinci partiyasının sayı 1.5-2 milyon təşkil edə bilər. Əldə edilən məlumata əsasən, “Amazon” şirkəti 2011-ci ilin sonuna kimi 4 milyon planşet istehsal etməyi planlaşdırır.
Lakin “Amazon” şirkətinin Tayvan istehsalçıları ilə müqaviləsi onların (Tayvan istehsalçılarının) “Apple” şirkəti ilə artıq rəsmiləşdirilmiş böyük sifarişlərinə mane ola bilər. Şayiələrə görə, Stiv Cobsun imperiyası ikinci rübdə sensor panellərə olan 7-9 milyon sifarişləri üçüncü rübdə 12-14 milyona artırıb. Bu göstərici isə yeni tədris mövsümünün əvvəlində “iPad” planşetlərinə tələbatın artmasını göstərir.



Baxış sayı: 1172

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024