12px13px15px17px
Tarix:21/02/12

Azərbaycan nümayəndə heyəti Avstriyada səfərdədir

Azərbaycan Respublikasının Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti  Avstriyanın Vyana şəhərində Azərbaycan və Avstriya respublikaları arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 7-ci iclasında iştirak edir.

Xatırladaq ki, Qarışıq Komissiyanın 6-cı iclası  21 oktyabr 2010-cu il tarixində Bakı şəhərində keçirilmiş və nazir Əli Abbasov komissiyanın həmsədridir.

İclas zamanı ikitərəfli ticari və iqtisadi əlaqələrin mövcud vəziyyəti, perspektivlər, Avropa Birliyi-Azərbaycan əlaqələri, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü kimi məsələlərin müzakirəsi nəzərdə tutulub. Eyni zamanda, müxtəlif ikitərəfli görüşlər, həmçinin BMT-nin Vyana ofisinin direktor müavini, BMT-nin kosmik məsələlər ofisinin direktoru, xanım Mazlan Otmanla görüşlər planlaşdırılıb.

Hökumətlərarası komissiyanın iclası çərçivəsində 22 fevral tarixində Avstriya Respublikası Federal İqtisadi Palatası ilə birgə 60-dan artıq Avstriya, 20-yə yaxın Azərbaycanın aparıcı şirkətlərinin iştirakı ilə iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən biznes-forum keciriləcəkdir. 

Qeyd edək ki, Avstriya Respublikası Federal İqtisadi Palatası ölkədə fəaliyyətdə olan bütün özəl və dövlət şirkətlərini özündə birləşdirir.

22 fevral tarixində Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanın Avstriyadakı səfirliyi ilə birgə "Azərbaycan günü" təşkil edəcəkdir. Tədbirə Avstriya Respublikası hökumət üzvləri, Avstriyada yerləşən diplomatik nümayəndəliklərin rəhbərləri, həmçinin, bir sıra  şirkət rəhbərləri dəvət edilmişdir.




Baxış sayı: 1195

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024