Tarix:22/02/12
Bu barədə fevral ayının 21-i tarixində Senday şəhərində yerləşən Toxoku Universitetinin alimləri bildiriblər. Məlumat üçün qeyd edim ki, 2011-ci ilin mart ayının 11-i tarixində baş vermiş zəlzələ Senday şəhərinə xeyli ziyan vurmuşdu.
"Meqapolislərlə olan vəziyyətdə isə sunaminin ziyanı daha böyük ola bilər, - layihəyə rəhbərlik edən professor Fumixiko İmamura qeyd edib,- Bizim hazırladığımız sistemin təbii fəlakət zamanı əhalinin evakuasiyası üçün daha effektiv plan hazırlamağa kömək edəcəyinə ümid edirəm".
Alimlər müxtəlif hündürlüklü sunamini üç ölçüdə imitasiya edəcək sistem hazırlamaq niyyətindədirlər. Onlar bu sistem vasitəsi ilə dalğanın yayılma sürəti və onun zərərini qiymətləndirəcəklər.
Məlumat üçün bildirim ki, 2011-ci ilin noyabr ayında "Key" superkompyuteri yeni dünya rekorduna imza atıb; onun sürəti 10,51 petaflops (saniyə ərzində kvadrillion əməliyyat) təşkil edib. Yaponiyanın dövlət büdcəsindən “Key” superkompyuterinin hazırlanmasına 112 milyard dollar ayrılıb.
EMİL
Yaponiya superkompyuterdən sunaminin imitasiyası üçün istifadə edəcək
“İCTnews” elektron xəbər xidməti “itar-tass.com” resursuna istinadən xəbər verir ki, "Riken" Dövlət Elmi- Tədqiqat İnstitutu və "Fujitsy" şirkəti tərəfindən birgə hazırlanmış Yaponiyanın "Key" superkompyuteri sunaminin imitasiyası sisteminin yaradılması üçün istifadə ediləcək.Bu barədə fevral ayının 21-i tarixində Senday şəhərində yerləşən Toxoku Universitetinin alimləri bildiriblər. Məlumat üçün qeyd edim ki, 2011-ci ilin mart ayının 11-i tarixində baş vermiş zəlzələ Senday şəhərinə xeyli ziyan vurmuşdu.
"Meqapolislərlə olan vəziyyətdə isə sunaminin ziyanı daha böyük ola bilər, - layihəyə rəhbərlik edən professor Fumixiko İmamura qeyd edib,- Bizim hazırladığımız sistemin təbii fəlakət zamanı əhalinin evakuasiyası üçün daha effektiv plan hazırlamağa kömək edəcəyinə ümid edirəm".
Alimlər müxtəlif hündürlüklü sunamini üç ölçüdə imitasiya edəcək sistem hazırlamaq niyyətindədirlər. Onlar bu sistem vasitəsi ilə dalğanın yayılma sürəti və onun zərərini qiymətləndirəcəklər.
Məlumat üçün bildirim ki, 2011-ci ilin noyabr ayında "Key" superkompyuteri yeni dünya rekorduna imza atıb; onun sürəti 10,51 petaflops (saniyə ərzində kvadrillion əməliyyat) təşkil edib. Yaponiyanın dövlət büdcəsindən “Key” superkompyuterinin hazırlanmasına 112 milyard dollar ayrılıb.
EMİL
Baxış sayı: 1341
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib