Tarix:23/02/12
Fevralın 21-də Vyanada Azərbaycan ilə Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 7-ci iclas keçirilib.
Komissiyanın iclasına Azərbaycan tərəfdən həmsədrliyi rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Avstriya tərəfdən isə iqtisadiyyat, ailə və gənclər üzrə federal nazirin müavini Bernadette Qirlinqer edib.
İclasın əvvəlində hər iki ölkənin iqtisadi göstəriciləri, eləcə də qarşılıqlı ticarət dövriyyəsi və iqtisadi münasibətlərin hazırkı vəziyyəti barədə məruzə edilib. Qeyd edilib ki, Avstriya Qara dəniz və Xəzər dənizi hövzəsi ölkələri ilə əməkdaşlığa maraq göstərir və region ölkələri içərisində böyük iqtisadi potensiala malik Azərbaycan Avstriya tərəfi üçün xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edilib ki, ötən illər arasında hər iki ölkə arasında ticarət dövriyyəsinin həcminda daim artım müşahidə olunmuşdur. İki ölkə arasında ticarət dövriyyəsi 2010-cu ildə 150 milyon avro təşkil etmişdisə, 2011-ci ilin ilk doqquz ayı ərzində 138,9 milyon avroya bərabər olması qarşılıqlı ticarət dövriyyəsində rekord göstəricinin əldə olunacağını proqnozlaşdırmağa imkan verir.
İclas zamanı ikitərəfli ticari və iqtisadi əlaqələrin mövcud vəziyyəti, perspektivlər, Avropa Birliyi-Azərbaycan əlaqələri, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü kimi məsələlər müzakirə edilib. Eyni zamanda iclasda qarşılıqlı ticarət dövriyyəsi və iki ölkə arasındakı iqtisadi əlaqələrin səviyyəsinin yüksəldilməsi məqsədilə yeni əməkdaşlıq sahələri barədə fikir mübadiləsi aparılıb.
Nazir Əli Abbasov Avstriyaya səfər çərçivəsində nəqliyyat, innovasiya və texnologiyalar üzrə federal nazir müavini Andreas Rayxhard, BMT-nin Kosmik Məsələlər Ofisinin direktoru, xanım Mazlan Otmanla görüşlər keçirib.
Xanım M.Otmanla keçirilən görüşdə Azərbaycanın BMT-nin kosmik fəzanın sülh məqsədləri üçün öyrənilməsi üzrə komitəyə üzv seçilməsini nəzərə alaraq, BMT tərəfindən Azərbaycan hökumətinə bu sahədə 5 sazişə qoşulmaq tövsiyə olunub. Eyni zamanda komitə və Azərbaycan hökuməti arasında gələcək əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Qarışıq komissiyanın iclası çərçivəsində fevralın 22-də Avstriya Respublikası Federal İqtisadi Palatası ilə birgə Avstriya və Azərbaycanın aparıcı şirkətlərinin iştirakı ilə iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən biznes-forum keçirilib. Forumun açılışında nazir Əli Abbasov və Avstriya Federal İqtisadiyyat Palatasının vitse-prezidenti Rixard Şenz çıxış ediblər.
Forumda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndəsi Azərbaycan iqtisadiyyatı, iqtisadi inkişafın əsas istiqamətləri, ölkədə aparılan islahatlar, investisiya imkanları barədə geniş təqdimatla çıxış edib. Sonra hər iki ölkənin aparıcı şirkətlərinin təmsilçiləri „dəyirmi masa" ətrafında görüşlər keçirmiş, işgüzar münasibətlərin qurulması üçün tanışlıq söhbəti aparmaq imkanı əldə ediblər.
Azərbaycan şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti Avstriyanın aparıcı İKT şirkəti olan Kapsch Group şirkətinə tanışlıq səfəri ediblər.
Fevralın 22-də isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanın Avstriyadakı səfirliyi ilə birgə "Azərbaycan günü" təşkil edib. Tədbirdə Avstriya Respublikası hökumət üzvləri, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Avstriyada yerləşən diplomatik nümayəndəliklərin rəhbərləri, bir sıra şirkət nümayəndələri iştirak etmişlər.
Səfər çərçivəsində keçirilmiş görüş və tədbirlərdə Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov iştirak edib.
Qarışıq komissiyanın iclasları 1998-ci ildə Azərbaycan və Avstriya hökumətləri arasında imzalanmış "İqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq haqqında Saziş"ə uyğun olaraq hər iki ildən bir keçirilir. Qarışıq Komissiyanın növbəti – 8-ci iclasının 2014-cü ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulur.
Azərbaycan-Avstriya Qarışıq Komissiyasının 7-ci iclası keçirilib
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 21-22-də Avstriyanın paytaxtı Vyanada səfərdə olub.Fevralın 21-də Vyanada Azərbaycan ilə Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 7-ci iclas keçirilib.
Komissiyanın iclasına Azərbaycan tərəfdən həmsədrliyi rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Avstriya tərəfdən isə iqtisadiyyat, ailə və gənclər üzrə federal nazirin müavini Bernadette Qirlinqer edib.
İclasın əvvəlində hər iki ölkənin iqtisadi göstəriciləri, eləcə də qarşılıqlı ticarət dövriyyəsi və iqtisadi münasibətlərin hazırkı vəziyyəti barədə məruzə edilib. Qeyd edilib ki, Avstriya Qara dəniz və Xəzər dənizi hövzəsi ölkələri ilə əməkdaşlığa maraq göstərir və region ölkələri içərisində böyük iqtisadi potensiala malik Azərbaycan Avstriya tərəfi üçün xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edilib ki, ötən illər arasında hər iki ölkə arasında ticarət dövriyyəsinin həcminda daim artım müşahidə olunmuşdur. İki ölkə arasında ticarət dövriyyəsi 2010-cu ildə 150 milyon avro təşkil etmişdisə, 2011-ci ilin ilk doqquz ayı ərzində 138,9 milyon avroya bərabər olması qarşılıqlı ticarət dövriyyəsində rekord göstəricinin əldə olunacağını proqnozlaşdırmağa imkan verir.
İclas zamanı ikitərəfli ticari və iqtisadi əlaqələrin mövcud vəziyyəti, perspektivlər, Avropa Birliyi-Azərbaycan əlaqələri, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü kimi məsələlər müzakirə edilib. Eyni zamanda iclasda qarşılıqlı ticarət dövriyyəsi və iki ölkə arasındakı iqtisadi əlaqələrin səviyyəsinin yüksəldilməsi məqsədilə yeni əməkdaşlıq sahələri barədə fikir mübadiləsi aparılıb.
Nazir Əli Abbasov Avstriyaya səfər çərçivəsində nəqliyyat, innovasiya və texnologiyalar üzrə federal nazir müavini Andreas Rayxhard, BMT-nin Kosmik Məsələlər Ofisinin direktoru, xanım Mazlan Otmanla görüşlər keçirib.
Xanım M.Otmanla keçirilən görüşdə Azərbaycanın BMT-nin kosmik fəzanın sülh məqsədləri üçün öyrənilməsi üzrə komitəyə üzv seçilməsini nəzərə alaraq, BMT tərəfindən Azərbaycan hökumətinə bu sahədə 5 sazişə qoşulmaq tövsiyə olunub. Eyni zamanda komitə və Azərbaycan hökuməti arasında gələcək əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Qarışıq komissiyanın iclası çərçivəsində fevralın 22-də Avstriya Respublikası Federal İqtisadi Palatası ilə birgə Avstriya və Azərbaycanın aparıcı şirkətlərinin iştirakı ilə iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən biznes-forum keçirilib. Forumun açılışında nazir Əli Abbasov və Avstriya Federal İqtisadiyyat Palatasının vitse-prezidenti Rixard Şenz çıxış ediblər.
Forumda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndəsi Azərbaycan iqtisadiyyatı, iqtisadi inkişafın əsas istiqamətləri, ölkədə aparılan islahatlar, investisiya imkanları barədə geniş təqdimatla çıxış edib. Sonra hər iki ölkənin aparıcı şirkətlərinin təmsilçiləri „dəyirmi masa" ətrafında görüşlər keçirmiş, işgüzar münasibətlərin qurulması üçün tanışlıq söhbəti aparmaq imkanı əldə ediblər.
Azərbaycan şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti Avstriyanın aparıcı İKT şirkəti olan Kapsch Group şirkətinə tanışlıq səfəri ediblər.
Fevralın 22-də isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanın Avstriyadakı səfirliyi ilə birgə "Azərbaycan günü" təşkil edib. Tədbirdə Avstriya Respublikası hökumət üzvləri, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Avstriyada yerləşən diplomatik nümayəndəliklərin rəhbərləri, bir sıra şirkət nümayəndələri iştirak etmişlər.
Səfər çərçivəsində keçirilmiş görüş və tədbirlərdə Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov iştirak edib.
Qarışıq komissiyanın iclasları 1998-ci ildə Azərbaycan və Avstriya hökumətləri arasında imzalanmış "İqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq haqqında Saziş"ə uyğun olaraq hər iki ildən bir keçirilir. Qarışıq Komissiyanın növbəti – 8-ci iclasının 2014-cü ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulur.
Baxış sayı: 1426
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanın İKT imkanları müzakirə olunub (Video)
- Türkiyə nümayəndə heyəti Azərbaycana səfərə gəlir
- Nazirin ABŞ-a səfəri uğurlu olub
- Rabitə üzrə VI Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı keçiriləcək
- Qloballaşma, informasiya cəmiyyəti, sosial şəbəkələr
- Dünya İT mütəxəssisləri Polşada bir araya gələcək
- Nazir Əli Abbasov Fransada səfərdədir
- Nazir Avstriyaya səfər edəcək
- RİTN nümayəndəsi Malayziyada beynəlxalq təlim-seminarda iştirak edir
- Azərbaycan CEPT-in iclasında təmsil olunacaq
- Azərbaycan RRB-nin iclasında təmsil olunacaq
- Azərbaycan nümayəndə heyəti Dünya İqtisadi Forumunun Çində keçirilən illik iclasında iştirak etmişdir
- Nazir Türkiyədə səfərdədir
- Nazir "CeBİT Bilisim Eurasia" – sərgi-konfransın açılışında iştirak edib
- Azərbaycan nümayəndə heyəti ITU Telecom World 2011 tədbirində iştirak edir