Tarix:23/02/12
2012-ci ildə mobil çapı dəstəkləyən məhsullar artacaq. "AirPrint" texnologiyası buna sübutdur. Əvvəlcə onu yalnız "HP" printerləri dəstəkləyirdi, lakin hazırda "AirPrint" texnologiyası "Brother", "Canon", "Epson", "Kodak" və "Lexmark" modellərində də dəstəklənir.
"AirPrint" texnologiyasının rəqibi 2010-cu ilin aprel ayında istifadəyə verilmiş "Cloud Print" layihəsidir. Bu veb-xidmətə müraciət edən noutbuk və ya smartfon ona nəyi çap etmək lazım olduğu barədə məlumat verir. Nəticədə printer üçün lazımi təlimatlar göndərilir. Bu halda heç bir sürücü (driver) lazım deyil.
Lakin bir vacib problem var. Problem "Cloud Print" veb- xidmətinin printerlə qarşılıqlı əlaqə üsulu yaradılmasındadır. "Google" şirkəti bu problemin aradan qaldırılması üçün 2 həll təklif edib. Birinci həll kimi "bulud"da çap üçün açıq standartların tətbiqi və universal texnologiyanı dəstəkləyən printerlərin yaradılması təklif edilib.
İkinci həll kimi aralıq proqram təminatı təklif edilib. Məhz belə proqram təminatı vasitəsi ilə çap edən qurğu ilə əlaqə yaradıla bilər. Belə proqram təminatı ya FK istifadəçisinin kompyuterinə quraşdırılır, ya da printerlər bu proqram təminatı ilə təchiz edilirlər.
EMİL
“Bulud”da da çap olacaq?
"İCTnews" elektron xəbər xidməti "dailycomm.ru" resursuna istinadən xəbər verir ki, stolüstü kompyuter və ya noutbuka qoşulan printerlərdə sənəd və şəkillərin rəqəmli çap edilməsi getdikcə populyarlığını itirir. Gələcəkdə printerlərlə simsiz rabitə üzrə əlaqələndiriləcək smartfon, planşet və ultranazik fərdi kompyuterlər (FK) çap "rol"unu oynayacaq. Mütəxəssislər bildiriblər ki, bu tendensiya getdikcə bazarda populyarlaşır.2012-ci ildə mobil çapı dəstəkləyən məhsullar artacaq. "AirPrint" texnologiyası buna sübutdur. Əvvəlcə onu yalnız "HP" printerləri dəstəkləyirdi, lakin hazırda "AirPrint" texnologiyası "Brother", "Canon", "Epson", "Kodak" və "Lexmark" modellərində də dəstəklənir.
"AirPrint" texnologiyasının rəqibi 2010-cu ilin aprel ayında istifadəyə verilmiş "Cloud Print" layihəsidir. Bu veb-xidmətə müraciət edən noutbuk və ya smartfon ona nəyi çap etmək lazım olduğu barədə məlumat verir. Nəticədə printer üçün lazımi təlimatlar göndərilir. Bu halda heç bir sürücü (driver) lazım deyil.
Lakin bir vacib problem var. Problem "Cloud Print" veb- xidmətinin printerlə qarşılıqlı əlaqə üsulu yaradılmasındadır. "Google" şirkəti bu problemin aradan qaldırılması üçün 2 həll təklif edib. Birinci həll kimi "bulud"da çap üçün açıq standartların tətbiqi və universal texnologiyanı dəstəkləyən printerlərin yaradılması təklif edilib.
İkinci həll kimi aralıq proqram təminatı təklif edilib. Məhz belə proqram təminatı vasitəsi ilə çap edən qurğu ilə əlaqə yaradıla bilər. Belə proqram təminatı ya FK istifadəçisinin kompyuterinə quraşdırılır, ya da printerlər bu proqram təminatı ilə təchiz edilirlər.
EMİL
Baxış sayı: 1415
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib