12px13px15px17px
Tarix:17/07/18

“Emporio Armani Connected” “ağıllı” saatı nümayiş olunub

İtaliyanın "Emporio Armani" brendi "ağıllı" "Connected" saatının yeni nəslini təqdim edib.

"ICTnews" Elektron Xəbər Xidməti "Life www.life.ru" resursuna istinadən yazır ki, paslanmayan korpusa malik qurğu gümüşü, qara və qızılı çəhrayı rənglərdə təklif olunur. Həmçinin saatın dəri və metal kəmərli versiyalarını seçmək mümkündür.

Məlumata görə, "Emporio Armani Connected" saatı "AMOLED" matrisalı 1,19 düym diaqonallı siferblat ekran, "Snapdragon 2100" çipi, "GPS" və "NFC" (kontaktsız ödənişlər üçün) modulları ilə təchiz edilib.
Qurğu, həmçinin, nəbzölçən və fitnes funksiyalar dəstinə malikdir. "Swimproof" texnologiyası sayəsində saatla duş qəbul etmək, üzmək, hovuz və açıq göllərə baş vurmaq mümkündür.

Şirkətin bəyanatında deyilir ki, qurğu saat sənətində dəqiqliyə dəyər verənlər üçün nəzərdə tutulub.
Qiyməti 295-395 dollar arasında dəyişən "Emporio Armani Connected" saatı üçün artıq ilkin sifarişlərin qəbuluna başlanılıb.

Nizam Nuriyev





Baxış sayı: 1121

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024