Tarix:31/07/18
"ICTnews" Elektron Xəbər Xidməti "Naked Science www.naked-science.ru" resursuna istinadən yazır ki, texnologiyanın əsasını psixologiyada "Böyük beşlik" (Big Five personality traits) kimi tanınan insanın şəxsiyyət modeli təşkil edir. O, 5 əsas əlamətin təzahür dərəcəsini nəzərə alır: ekstraversiyaya meyillilik, xeyirxahlıq və kompromisə getmə, vicdan, yeni təcrübəyə və neyrotizmə - emosional qeyri-sabitlik riskinə açıqlıq qabiliyyətinin dərəcələri.
Məlumata görə, eksperimentdə Avstraliyanın Flinders Universitetinin 42 tələbəsi iştirak edib. Onlar "Böyük beşlik" göstəricilərinin, eləcə də marağa meyillilik dərəcəsinin müəyyənləşdirilməsi üçün hərəyə 3 sorğu vərəqəsi doldurublar. Bundan sonra könüllülər baxış istiqamətinin izlənilməsi üçün qarnitur taxıblar: tələbələrdən 10 dəqiqə ərzində universitet ətrafında gəzişmək və yaxınlıqdakı mağazadan içki almaq xahiş olunub.
Süni intellekt göz qırpmanın tezliyini və sakkadların (gözlərin bir istiqamətdə sürətli hərəkətləri) xüsusiyyətlərini təhlil edib, eləcə də könüllünün gözünün müəyyən obyekt üzərində çox dayanmasını qeydə alıb. Bu məlumatlar əsasında sistem könüllünün göz hərəkətlərinin istilik xəritəsini tərtib edib. Bu xüsusiyyətlər və "Böyük beşlik" keyfiyyəti arasında əlaqə indiyədək əksər psixoloqlar tərəfindən müəyyənləşdirilib, alqoritm əvvəlki elmi işləri nəzərə almaqla nəticələr çıxarıb.
Analizin nəticələri tələbələrin anketləri ilə müqayisə olunub. Sistem neyrotizm, ekstraversiya, güzəştə getməyə hazırlıq, vicdan və maraq dərəcəsini nisbətən uğurlu qiymətləndirib. Süni intellekt yalnız təcrübəyə açıqlıq qabiliyyətini qiymətləndirə bilməyib. Bununla belə, qiymətləndirmənin dəqiqliyi belə sistemlərin kommersiya istifadəsi üçün hələ ki yüksək deyil. Mütəxəssislərin fikrincə, çoxlu materiallar üzərində öyrəndikdən sonra sistem daha effektiv olacaq: o, göz hərəkətləri və xarakter əlamətləri arasında yeni əlaqələr aşkarlaya biləcək. Gələcəkdə belə süni intellektlərin sosial robotların elementlərinə çevriləcəyi ehtimal edilir.
Nizam Nuriyev
Süni intellekt göz hərəkətlərinə görə xarakteri analiz edir
Almaniya və Avstraliya tədqiqatçıları göz hərəkətlərinin analizi vasitəsilə əksər xarakter əlamətlərini qiymətləndirməyə imkan verən alqoritm hazırlayıblar. Sistem insanın ünsiyyətli, vicdanlı, marağa meyilli olmasını müəyyənləşdirə bilir."ICTnews" Elektron Xəbər Xidməti "Naked Science www.naked-science.ru" resursuna istinadən yazır ki, texnologiyanın əsasını psixologiyada "Böyük beşlik" (Big Five personality traits) kimi tanınan insanın şəxsiyyət modeli təşkil edir. O, 5 əsas əlamətin təzahür dərəcəsini nəzərə alır: ekstraversiyaya meyillilik, xeyirxahlıq və kompromisə getmə, vicdan, yeni təcrübəyə və neyrotizmə - emosional qeyri-sabitlik riskinə açıqlıq qabiliyyətinin dərəcələri.
Məlumata görə, eksperimentdə Avstraliyanın Flinders Universitetinin 42 tələbəsi iştirak edib. Onlar "Böyük beşlik" göstəricilərinin, eləcə də marağa meyillilik dərəcəsinin müəyyənləşdirilməsi üçün hərəyə 3 sorğu vərəqəsi doldurublar. Bundan sonra könüllülər baxış istiqamətinin izlənilməsi üçün qarnitur taxıblar: tələbələrdən 10 dəqiqə ərzində universitet ətrafında gəzişmək və yaxınlıqdakı mağazadan içki almaq xahiş olunub.
Süni intellekt göz qırpmanın tezliyini və sakkadların (gözlərin bir istiqamətdə sürətli hərəkətləri) xüsusiyyətlərini təhlil edib, eləcə də könüllünün gözünün müəyyən obyekt üzərində çox dayanmasını qeydə alıb. Bu məlumatlar əsasında sistem könüllünün göz hərəkətlərinin istilik xəritəsini tərtib edib. Bu xüsusiyyətlər və "Böyük beşlik" keyfiyyəti arasında əlaqə indiyədək əksər psixoloqlar tərəfindən müəyyənləşdirilib, alqoritm əvvəlki elmi işləri nəzərə almaqla nəticələr çıxarıb.
Analizin nəticələri tələbələrin anketləri ilə müqayisə olunub. Sistem neyrotizm, ekstraversiya, güzəştə getməyə hazırlıq, vicdan və maraq dərəcəsini nisbətən uğurlu qiymətləndirib. Süni intellekt yalnız təcrübəyə açıqlıq qabiliyyətini qiymətləndirə bilməyib. Bununla belə, qiymətləndirmənin dəqiqliyi belə sistemlərin kommersiya istifadəsi üçün hələ ki yüksək deyil. Mütəxəssislərin fikrincə, çoxlu materiallar üzərində öyrəndikdən sonra sistem daha effektiv olacaq: o, göz hərəkətləri və xarakter əlamətləri arasında yeni əlaqələr aşkarlaya biləcək. Gələcəkdə belə süni intellektlərin sosial robotların elementlərinə çevriləcəyi ehtimal edilir.
Nizam Nuriyev
Baxış sayı: 1233
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib