12px13px15px17px
Tarix:02/08/18

Simsiz qurğu eyni anda bir neçə telefonu enerji ilə doldurur

Massaçusets Texnologiya İnstitutunun (MIT) mühəndisləri eyni anda bir neçə qurğunu enerji ilə dolduran simsiz akkumulyator hazırlayıblar.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv www.naukatv.ru" resursuna istinadən yazır ki, səssiz və simsiz qurğu "Pi" adlanır. İnstitut mütəxəssisi Con Makdonaldın sözlərinə görə, "Pi" eyni anda bir neçə qurğu ilə işləyə bilməsinə görə oxşar qurğular arasında unikaldır. Müəyyən yerdə dəqiq yerləşməni tələb etməyən bir neçə (4-dək) telefon və ya planşeti eyni mənbədən enerji ilə doldurmaq mümkündür. Simsiz akkumulyator qurğuları maqnit dalğaları vasitəsilə enerji ilə doldurur. Qurğu yaradıcıları bildirib ki, bu, enerjinin portativ elektronikaya təhlükəsiz köçürülməsi üçün ideal üsuldur.
 
"Pi" texnologiyası qurğunun batareyasının enerjisinin hansı səviyyədə olmasını müəyyənləşdirir və maqnit sahəsini ona uyğun tənzimləyir. Texnologiya istifadəçinin telefonu müəyyən yerdə yerləşdirməsini tələb etmir. Hazırda qurğu prototipini telefon və kiçik qurğuların enerji ilə doldurulması üçün istifadə etmək olar, lakin alimlər tərəfindən növbəti 5 ildə onun müxtəlif əlavələr üçün təkmilləşdirilməsi planlaşdırılır.
 
Nizam Nuriyev




Baxış sayı: 659

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024