12px13px15px17px
Tarix:10/08/18

“Samsung Galaxy Note 9” smartfonu təqdim edilib

Cənubi Koreyanın "Samsung" şirkəti Nyu-Yorkda keçirilən təqdimatda yeni qabaqcıl "Galaxy Note 9" smartfonunu nümayiş etdirib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "RİA Novosti www.ria.ru" resursuna istinadən yazır ki, şirkətin məlumatına görə, ekran diaqonalı 6,4 düym təşkil edən yeni model "Galaxy" istehsal xəttində ən güclü – 4 min milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.
 
Bildirilir ki, smartfon "microSD" kartlarını dəstəkləyir ki, bu da qurğunun yaddaşını 1 terabaytadək artırmağa imkan verir. Bundan əlavə, yeni "S Pen" stilusu "Bluetooth Low-Energy" (BLE) texnologiya dəstəyi ilə təchiz olunub. İlin sonunadək genişləndirilmiş "S Pen" funksiyaları ilə işləyən əlavələrin sayının artırılacağı gözlənilir.  
 
Qabaqcıl smartfonun əsa kamerasının təsvir ölçüsü 12 meqapiksel, ön kamerasının isə 8,5 meqapiksel təşkil edir. Həmçinin qurğuya foto elementlərinin müəyyənləşdirilməsi üçün süni intellekt texnologiyaları quraşdırılıb.  
 
Smartfon "S Pen" stilusu ilə birlikdə qara, bənövşəyi və mis rənglərində təklif edilir. 128 giqabaytlıq versiyanın pərakəndə satış qiyməti 999.99 dollar, 512 giqabaytlığın isə 1,249.99 dollar təşkil edəcək.
 
Nizam Nuriyev





Baxış sayı: 1193

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024