Tarix:17/08/18
"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv www.naukatv.ru" resursuna istinadən yazır ki, Stenford Universitetinin yeni texnologiyası presbiopiya xəstəliyi – insanın yaxın məsafədən kiçik şriftləri və xırda əşyaları görə bilmədiyi gözün refraksiya anomaliyası ilə mübarizə üçün yaradılıb. Görmənin təbii oriyentasiyasını təmin edə bilməyən ənənəvi presbiopiya korreksiya formaları yalnız insana baxmağa imkan verən görmə diapazonunu genişləndirir.
Məlumata görə, "Autofocals" adlanan presbiopiya korreksiya texnologiyası baxılacaq əşyaya avtomatik fokuslanmağa imkan verir. Eynək linzanın fokuslanma məsafəsini dəyişərək istifadəçinin baxış istiqamətinə yönəlir. Optikaya dəyişən fokuslama məsafəsinə və güc təzyiqi nəticəsində formasını dəyişərək linzanı əyməklə fokuslama məsafəsini dəyişən mayeyə malik xüsusi linzalar quraşdırılıb. Kameralar sistemi gözün vəziyyətini izləyir, hərəkət ötürücüləri baxış istiqamətini qeydə alır, xüsusi alqoritm isə fokuslama nöqtələrinin koordinatlarını aşkarlayır və linzanın fokuslama məsafəsini dəyişməklə lazımi obyektə baxmağa imkan verir.
Texnologiya yaradıcılarının sözlərinə görə, hazırda görmə korreksiyası problemi üçün ideal kommersiya həlli mövcud olmasa da, "Autofocals" texnologiyası bu istiqamətdə vacib addım ola bilər.
Nizam Nuriyev
“Ağıllı” eynək insanın baxdığı nöqtəyə avtomatik fokuslanacaq
ABŞ mütəxəssisləri insanın baxdığı nöqtəyə avtomatik fokuslanan "ağıllı" eynək yaradıblar."ICTnews" Elektron Xəbər Xidməti "Naukatv www.naukatv.ru" resursuna istinadən yazır ki, Stenford Universitetinin yeni texnologiyası presbiopiya xəstəliyi – insanın yaxın məsafədən kiçik şriftləri və xırda əşyaları görə bilmədiyi gözün refraksiya anomaliyası ilə mübarizə üçün yaradılıb. Görmənin təbii oriyentasiyasını təmin edə bilməyən ənənəvi presbiopiya korreksiya formaları yalnız insana baxmağa imkan verən görmə diapazonunu genişləndirir.
Məlumata görə, "Autofocals" adlanan presbiopiya korreksiya texnologiyası baxılacaq əşyaya avtomatik fokuslanmağa imkan verir. Eynək linzanın fokuslanma məsafəsini dəyişərək istifadəçinin baxış istiqamətinə yönəlir. Optikaya dəyişən fokuslama məsafəsinə və güc təzyiqi nəticəsində formasını dəyişərək linzanı əyməklə fokuslama məsafəsini dəyişən mayeyə malik xüsusi linzalar quraşdırılıb. Kameralar sistemi gözün vəziyyətini izləyir, hərəkət ötürücüləri baxış istiqamətini qeydə alır, xüsusi alqoritm isə fokuslama nöqtələrinin koordinatlarını aşkarlayır və linzanın fokuslama məsafəsini dəyişməklə lazımi obyektə baxmağa imkan verir.
Texnologiya yaradıcılarının sözlərinə görə, hazırda görmə korreksiyası problemi üçün ideal kommersiya həlli mövcud olmasa da, "Autofocals" texnologiyası bu istiqamətdə vacib addım ola bilər.
Nizam Nuriyev
Baxış sayı: 1314
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib