12px13px15px17px
Tarix:24/09/18

Küləyin əsməsini və su damcılarını hiss edən elektron dəri hazırlanıb

Mütəxəssislər robotların görünüş və imkanlarını yaxşılaşdırmağa davam edirlər. Robot texnikası mühəndisləri insan dərisinə bənzər elektron dəri hazırlamaq istəyirlər. Belə hesab edilir ki, gələcəyin robotları tərəfindən mürəkkəb, amma dəqiq hərəkətlərin yerinə yetirilməsi üçün onları hissetmə qabiliyyəti ilə təchiz etmək lazımdır. Çinli alimlər elektron dərinin həssaslığını artırmaq istiqamətində vacib irəliləyişə nail olublar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” resursuna istinadən yazır ki, yeni elektron dəri təzyiqdəki cüzi dəyişiklikləri qeydə almağa və bu informasiyanı impulslara çevirmək qabiliyyətinə malikdir.
 
Alimlər elektron dəri ilə örtülmüş süni barmaq hazırlayıb və onu sınaqdan keçirtmək üçün süni ələ bərkidiblər. Alimlər tərəfindən hazırlanmış yeni elektron dərinin səth üzrə qaçan qarışqalar tərəfindən ona edilən cüzi təzyiqə cavab olaraq impulslar generasiya etdiyi məlum olub.
 
Emil Hüseynov





Baxış sayı: 658

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024