Tarix:09/07/19
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm www.dailycomm.ru” resursuna istinadən yazır ki, 8 düym diaqonala malik ekran 1280 х 800 piksel təsvir ölçüsü, 16:10 tərəf nisbəti və TFT matrisası ilə xarakterizə edilir. Ön paneldə fiziki düymələrin quraşdırılmaması ekranın əhatə dairəsini genişləndirməyə imkan verib.
Yeni qurğu 2 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 429” prosessoru, “Adreno 504” qrafik sürətləndiricisi, 2 giqabaytlıq operativ və 32 giqabaytlıq quraşdırılmış yaddaş ilə təchiz olunub. Bundan başqa, 512 giqabayt tutumlu “microSD” yaddaş kartından istifadə mümkündür.
Əsas kameranın təsvir ölçüsü 8 meqapiksel, ön kameranın isə 2 meqapiksel təşkil edir. Qalınlığı 8 mm təşkil edən qurğunun çəkisi 345 qrama (LTE rabitəsini dəstəkləməyən versiya) bərabərdir.
Yeni model “Samsung” şirkətinin “Android” əməliyyat sisteminin ən yeni versiyası olan “9.0 Pie” ilə işləyən ilk planşetlərindəndir. Planşet “Wi-Fi a/b/g/n” (2,4 və 5 QHs), “Wi-Fi Direct”, “Bluetooth 4.2”, “GPS” və “GLONASS” kimi simsiz rabitə vasitələrini dəstəkləyir.
Qara və gümüşü rəngdə satışa çıxarılacaq “Samsung Galaxy Tab A” (2019) planşetinin “LTE” modemini dəstəkləməyən versiyasının qiyməti 158 dollar təşkil edəcək.
Qurğunun satışlarına iyulun 12-dən etibarən başlamaq nəzərdə tutulur.
Nizam Nuriyev
“Android 9.0 Pie” sistemli yeni “Samsung” planşeti təqdim olunub
“Samsung” şirkəti metal korpus, iki dinamik və 5100 milliamper/saat tutumlu akkumulyator batareyası ilə təchiz olunan “Galaxy Tab A” (2019) (SM-T290) planşet kompüterini təqdim edib.“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm www.dailycomm.ru” resursuna istinadən yazır ki, 8 düym diaqonala malik ekran 1280 х 800 piksel təsvir ölçüsü, 16:10 tərəf nisbəti və TFT matrisası ilə xarakterizə edilir. Ön paneldə fiziki düymələrin quraşdırılmaması ekranın əhatə dairəsini genişləndirməyə imkan verib.
Yeni qurğu 2 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 429” prosessoru, “Adreno 504” qrafik sürətləndiricisi, 2 giqabaytlıq operativ və 32 giqabaytlıq quraşdırılmış yaddaş ilə təchiz olunub. Bundan başqa, 512 giqabayt tutumlu “microSD” yaddaş kartından istifadə mümkündür.
Əsas kameranın təsvir ölçüsü 8 meqapiksel, ön kameranın isə 2 meqapiksel təşkil edir. Qalınlığı 8 mm təşkil edən qurğunun çəkisi 345 qrama (LTE rabitəsini dəstəkləməyən versiya) bərabərdir.
Yeni model “Samsung” şirkətinin “Android” əməliyyat sisteminin ən yeni versiyası olan “9.0 Pie” ilə işləyən ilk planşetlərindəndir. Planşet “Wi-Fi a/b/g/n” (2,4 və 5 QHs), “Wi-Fi Direct”, “Bluetooth 4.2”, “GPS” və “GLONASS” kimi simsiz rabitə vasitələrini dəstəkləyir.
Qara və gümüşü rəngdə satışa çıxarılacaq “Samsung Galaxy Tab A” (2019) planşetinin “LTE” modemini dəstəkləməyən versiyasının qiyməti 158 dollar təşkil edəcək.
Qurğunun satışlarına iyulun 12-dən etibarən başlamaq nəzərdə tutulur.
Nizam Nuriyev
Baxış sayı: 1075
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib