12px13px15px17px
Tarix:20/07/19

“Xiaomi” 73 dollara unikal smartfon təqdim edib

Çinin “Xiaomi” şirkəti tərəfindən təqdim edilmiş “Qin 2” smartfonu son dərəcə sadə konfiqurasiyaya malikdir.
 
“Qin 2” smartfonu “Android Go” proqramı çərçivəsində işlənib hazırlanıb, yəni “Android” sisteminin sadə versiyası ilə təchiz edilib.
 
“ICTnews”  Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, 5 düymlük displey 1440x576 piksel təsvir ölçüsünə və qeyri-standart tərəflər nisbətinə malikdir.
 
“Xiaomi Qin 2” smartfonu “Spreadtrum SC9832E” prosessoru, 1 QB-lıq əməli yaddaş və 32 QB-lıq daxili yaddaşla təchiz edilib. Akkumulyatorun tutumu 2100 milliamper/saatdır. “USB Type-C” və infraqırmızı portları əlçatandır. Qulaqlığı “Bluetooth” vasitəsilə qoşmaq lazımdır.
Smartfonun qiyməti 73 dollardır.
 
“Qin 2” aparatında daha bir qeyri-adi həll ön kameradan imtina edilməsidir. Yalnız korpusun arxa tərəfindəki 5 meqapiksellik əsas sensorun köməyi ilə şəkil çəkmək mümkündür.
 
Emil Hüseynov




Baxış sayı: 805

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024