Tarix:02/10/19
“ICTnews” Elektron Xəbər Xidməti “RIA Novosti” resursuna istinadən yazır ki, ABŞ Müdafiə Nazirliyinin iri podratçılar beşliyində yer alan “Raytheon” şirkəti aparıcı raket silahları və radiotexnika sistemləri istehsalçısıdır. Yeni “GPS” rabitə sisteminin sifarişçisi qismində də ABŞ Hərbi Hava Qüvvələri çıxış edir. Onun hazırlanması üzərində işə 2016-cı ildə başlanılıb.
“GPS OCX” (Block 0) adlı kibertəhlükəsizliyi işəsalma və yoxlama sistemi 2018-2019-cu illərdə ilk modernləşdirilmiş “GPS III” peykinin kosmosa buraxılması üçün istifadə edilib.
Məlumata görə, hazırkı “GPS” sistemi iki əsas seqmentdən ibarətdir: kosmik və yerüstü nəzarət. Kosmik seqmentə hazırda orbitdə olan bir neçə peyk daxildir, idarəetmə seqmenti isə izləmə və peyklərə görə cavabdeh yerüstü stansiyalardan ibarətdir.
“GPS OCX” sistemi işi yüksək dəqiqliklə təmin edəcək və ucqar yerlərdə peyklərin əhatə dairəsini genişləndirəcək.
Nizam Nuriyev
Yeni nəsil “GPS” sistemi yaradılıb
Dünyanın ən böyük hərbi sənaye korporasiyalarından olan “Raytheon” şirkəti 2021-ci ildə istifadəyə veriləcək yeni nəsil “GPS” peyk rabitəsi sisteminin hazırlanmasını başa çatdırıb.“ICTnews” Elektron Xəbər Xidməti “RIA Novosti” resursuna istinadən yazır ki, ABŞ Müdafiə Nazirliyinin iri podratçılar beşliyində yer alan “Raytheon” şirkəti aparıcı raket silahları və radiotexnika sistemləri istehsalçısıdır. Yeni “GPS” rabitə sisteminin sifarişçisi qismində də ABŞ Hərbi Hava Qüvvələri çıxış edir. Onun hazırlanması üzərində işə 2016-cı ildə başlanılıb.
“GPS OCX” (Block 0) adlı kibertəhlükəsizliyi işəsalma və yoxlama sistemi 2018-2019-cu illərdə ilk modernləşdirilmiş “GPS III” peykinin kosmosa buraxılması üçün istifadə edilib.
Məlumata görə, hazırkı “GPS” sistemi iki əsas seqmentdən ibarətdir: kosmik və yerüstü nəzarət. Kosmik seqmentə hazırda orbitdə olan bir neçə peyk daxildir, idarəetmə seqmenti isə izləmə və peyklərə görə cavabdeh yerüstü stansiyalardan ibarətdir.
“GPS OCX” sistemi işi yüksək dəqiqliklə təmin edəcək və ucqar yerlərdə peyklərin əhatə dairəsini genişləndirəcək.
Nizam Nuriyev
Baxış sayı: 983
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib