12px13px15px17px
Tarix:12/02/18

Obyektləri yaxınlaşdıran “4D” eynək yaradılıb

Kaliforniya Universitetinin tərtibatçıları film obyektlərinə baxış zamanı tamaşaçıya toxunmağa imkan verəcək dördölçülü eynək yaradıblar. İştirakın effektini gücləndirmək üçün eynək istifadəçiyə “toxunmağa” başlayaraq baxış zamanı, məsələn, ekranda tamaşaçıya tərəf hərəkət edən obyekt görünəndə əlavə hisslər yaradacaq.  

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, texnologiyanın hazırlanmasında iştirak edən neyrobioloqlar beyinin görmə və toxunuşa reaksiya qabiliyyətinə cavabdeh müxtəlif nahiyələrinin öyrənilməsi ilə məşğul olublar. Beyinin “aldadılması” üçün yaradılan eynək alimlərə beyinin fəaliyyət mexanizmlərinin tədqiqi üzərində aparılan işdə kömək edəcək. Bununla belə tərtibatçılar hesab edir ki, eynəkdən adi vəziyyətlərdə də istifadə mümkündür. Bu səbəbdən onlar əmindir ki, eynək filmlərin seyrini, əlavə və virtual reallıq oyunlarını və digər əyləncələri tamamlayacaq.  

Məlumata görə, obyekt tamaşaçıya “yaxınlaşmağa” başlayan zaman o, qarnitura quraşdırılan kiçik generatorlar tərəfindən yaradılan hava axınını hiss edir. Lakin mexanizmi müəyyən edilmiş vaxtda işə salmaq mümkündür – ideal iştirak effektinə 800-1000 milli-saniyə arasında nail olunur.

Nizam Nuriyev 




Baxış sayı: 21

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Avqust 2018

15 08 2018

15/08/18
“Samsung” dünyada 6 Qbit/s sürətə malik ilk 5G modem təqdim edib

Telekommunikasiya avadanlığı və istehlak elektronikası istehsalçıları 5G standartının bazara çıxarılmasına hazırlaşırlar

15/08/18
Robotların elektron dərisi toxunuşlara daha həssas olacaq

Alimlər tərəfindən hazırlanmış süni dəri insan dərisi ilə müqayisədə toxunuşlara daha həssasdır

15/08/18
Yeni “iPhone” modellərinin qiyməti proqnozlaşdırılıb

Ekspertlər cari ilin sentyabrında təqdimatı planlaşdırılan 3 yeni “iPhone” modelinin qiymətini proqnozlaşdırıblar

15/08/18
Ən keyfiyyətli displeyə malik smartfon bəlli olub

“DisplayMate” analitik firması ən keyfiyyətli displeyə malik smartfonun adını açıqlayıb

15/08/18
Autizmdən əziyyət çəkən uşaqlara kömək edən robot təqdim edilib

Lüksemburq universitetinin alimləri tərəfindən yaradılmış “LuxAI”  startapı “QTrobot” adlı robot təqdim edib