Tarix: 14/01/14 2014-cü ildə Ümumdünya Poçt İttifaqı 140 illik yubileyini qeyd edəcək
2014-cü ildə Ümumdünya Poçt İttifaqı (ÜPİ) 140 illik yubileyini qeyd edəcək. ÜPİ-nin XIV konqresinin qərarı ilə 1874-cü ildə İsveçrənin paytaxtı Berndə ittifaqın yaranması günü - oktyabrın 9-u hər il bütün dünyada poçt sahəsi işçilərinin peşə bayramı - Ümumdünya Poçt Günü kimi qeyd edilir və bu tarix 1969-cu ildə Yaponiyanın Tokio şəhərində keçirilən ÜPİ-nin konqresində elan edilib.
Tarix: 08/01/14 Regionlarda yeni korporativ üslubda poçt şöbələri tikiləcək
"Azərpoçt" MMC regionlarda yeni korporativ üslubda poçt şöbələrinin tikintisini planlaşdırır. Bu məsələ bank və maliyyə xidmətlərinin göstərilməsindən sonra daha aktual olub.
Tarix: 08/01/14 "Azərpoçt" MDB ölkələri “STEFI” sistemi üzərindən əməkdaşlığı genişləndirir
"Azərpoçt" MMC MDB ölkələrinin poçt operatorları ilə "Secured Transfer of Electronic Financial Information (STEFI)" sistemi üzərindən elektron pul baratlarının mübadiləsini genişləndirməkdə davam edir.
Tarix: 08/01/14 Qlobal poçt xidmətlərinin gələcəyi Fil Dişi Sahilində müzakirə ediləcək
Tədbirdə poçt xidmətləri üçün ümumdünya “yol xəritəsi”nə yenidən baxış keçiriləcək.
Tarix: 23/12/13 Ağsaqqal rabitəçi Tofiq Ələkbərzadənin 75 illik yubileyi qeyd olunub
Bu gün "Azərpoçt" MMC-də Respublika Rabitəçi Ağsaqqallar Şurasının sədr müavini, təqaüdçü rabitəçi Tofiq Ələkbərzadənin 75 illik yubileyi qeyd olunub. Tədbirdə "Azərpoçt" MMC-nin baş direktoru Qəmbər Bəybalayev yubilyar haqqında fikirlərini bölüşərək qeyd edib ki, T.Ələkbərzadə Azərbaycanın rabitə həyatında mühüm addımlar atan şəxslərdən biri olub.
Tarix: 17/12/13 Şaxta Babaya bu il dünyanın hər yerindən 8 milyon məktub ünvanlanıb
Uşaqlarla yanaşı, gənc və yaşlı şəxslərin də ismarış ünvanladığı Şaxta Babanın bu il də bütün dünyadan alacağı məktubların sayı milyonlarla ölçülür.
Tarix: 13/12/13 Mehdi Hüseynzadəyə həsr edilmiş poçt markası buraxılıb
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərmarka” şirkəti daha bir poçt markasının buraxıldığını elan edib.
Tarix: 28/11/13 Azərbaycanın milli poçt operatoru çip texnologiyalı kartların tətbiqinə başlayıb
“MilliKart”da xidmət olunan “Azərpoçt” MMC “MasterCard” beynəlxalq kart təşkilatında çip texnologiyaları üzrə sertifikasiya işlərini bitirib və tamamilə həmin texnologiyalara keçib.
Tarix: 28/11/13 Beynəlxalq elektron kommersiya və poçt mübadiləsi sahəsi üzrə seminar keçiriləcək
Kiyevdə dekabrın 3-4-də “Gömrük əməliyyatlarında və poçt təhlükəsizliyində müasir texnologiyalar və beynəlxalq elektron kommersiyada vasitəçi kimi çıxış edən bütün tərəfdaşların rolu” mövzusunda seminar keçiriləcək
Tarix: 18/11/13 Ümumdünya Poçt İttifaqı poçt sahəsinin inkişafı üçün yeni inkişaf planı hazırlayıb
Ümumdünya Poçt İttifaqı (ÜPİ) poçt sahəsinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən Regional İnkişaf Planı (RİP) hazırlayıb.
Tarix: 18/11/13 “Hirkan milli parkı” marka seriyası çap olunub
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “Azərmarka” şirkəti “Hirkan milli parkı” marka seriyasını təqdim edib.
Tarix: 13/11/13 Ümumdünya Poçt İttifaqı poçt şəbəkəsində elektron ticarətçilərə qarşı rəqabət apara biləcək yeni sistem yaradır
İsveçrənin Bern şəhərində keçirilən Ümumdünya Poçt İttifaqının (ÜPİ) payız sessiyası artıq başa çatıb. Sessiyanın bir hissəsində iştirak edən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) əməkdaşı, poçt sektorunun baş məsləhətçisi Nasir Həmidov ÜPİ-nin Qəyyumlar Heyətinin (Board of Trustees - BoT) toplantılarına və digər işçi qrupunun iclasına qatılıb.
Tarix: 01/11/13 Ümumdünya Poçt İttifaqının payız sessiyasında Azərbaycan da təmsil olunur
Ümumdünya Poçt İttifaqının (ÜPİ) cari ilin 28 oktyabr tarixində İsveçrənin Bern şəhərində öz işinə başlayan payız sessiyası fəaliyyətini noyabrın 15-nə qədər davam etdirəcək.
Tarix: 28/10/13 “Azərpoçt” rebrendinqini həyata keçirəcək şirkət ilə müqaviləni həftəsonuna kimi imzalayacaq
Azərbaycanın milli poçt operatoru “Azərpoçt”un rebrendinqini Hollandiyanın “Guidion” şirkəti həyata keçirəcək. Dünya Bankının keçirdiyi müvafiq tenderin qalibi məhz bu şirkət olub.
“Azərpoçt”dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, hazırda tenderin qalibi ilə danışıqlar başa çatmaq üzrədir.
Tarix: 22/10/13 Naxçıvan MR-in İKT və poçt sektorunun inkişafının əsas göstəriciləri açıqlanıb
Naxçıvan Muxtar Respublikasının davamlı inkişaf siyasətinin əsas istiqamətlərindən olan informasiya və kommunikasiya texnologiyaları sahəsinin sürətli inkişafı 2013-cu ilin yanvar-sentyabr aylarında da saxlanılıb.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45