bölmədə 675 material var

Tarix: 14/03/14 Novruz Bayramı günlərində poçt fasiləsiz işləyəcək

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” MMC-nin bütün mərkəzi poçt şöbələri Novruz Bayramı günlərində vətəndaşlara xidmət göstərəcək.

Tarix: 14/03/14 Azərbaycanın iki böyük şəhərinin şərəfinə poçt markaları təqdim olunub

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Azərmarka” şirkəti Naxçıvan Muxtar Respublikasının 90 illiyi və Sumqayıt şəhərinin 65 illiyi münasibətilə poçt markalarını dövriyyəyə buraxıb.

Tarix: 13/03/14 “Azərmarka” Novruz Bayramına həsr olunmuş açıqca çap edib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Azərmarka” şirkəti yeni açıqcanın buraxıldığını elan edib.

Tarix: 12/03/14 ÜPİ-nin e- ticarət, poçt-maliyyə xidmətlərinə dair forumlarında Azərbaycan da təmsil olunacaq

31 mart - 11 aprel tarixlərində İsveçrənin Bern şəhərində Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaz sessiyası keçiriləcək.

Tarix: 06/03/14 Azərbaycanın qədim musiqi alətləri markalarda

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “Azərmarka” şirkəti “Europe 2014. National music instruments” (“Avropa 2014.Milli musiqi alətləri”) marka seriyasının buraxıldığını elan edib.

Tarix: 06/03/14 M.Ə.Rəsulzadənin 130 illik yubileyinə həsr edilmiş marka çap olunub

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “Azərmarka” şirkəti Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar poçt markası buraxıb.

Tarix: 06/03/14 Azərbaycan poçtu növbəti dəfə uğur qazandı

 Azərbaycan poçtu Ümumdünya Poçt İttifaqının (ÜPİ) Sürətli Poçt Xidməti (EMS) kooperativinin “Müştəriyə qayğı” mükafatına layiq görülüb.

Tarix: 03/03/14 Ümumdünya Poçt İttifaqının növbəti Poçt Əməliyyatları Şurası 31 mart - 11 aprel tarixlərində keçiriləcək

Ümumdünya Poçt İttifaqının (ÜPİ) növbəti Poçt Əməliyyatları Şurası (PƏŞ) 31 mart -11 aprel tarixlərində keçiriləcək. PƏŞ-in yaz sessiyasında Azərbaycanın da iştirakı nəzərdə tutulur.

Tarix: 21/02/14 Üzərində Stiv Cobsun şəkli təsvir edilmiş markalar buraxılacaq

ABŞ Poçt xidməti “Apple” şirkətinin yaradıcısının xatirəsini yad etmək və 2015-ci ildə üzərində onun şəkli təsvir edilmiş marka buraxmaq niyyətindədir

Tarix: 18/02/14 “Azərpoçt”un rebrendinqi bu ilin sonuna kimi başa çatacaq

Hollandiyanın “Guidion” şirkəti Azərbaycanın milli poçt operatoru “Azərpoçt”un rebrendinqini bu ilin sonuna kimi başa çatdırmalıdır.
 

Tarix: 18/02/14 Azərbaycan Tacikistanla “STEFİ” sistemi üzərindən elektron pulköçürmələri sisteminin testləşdirilməsinə başlayır

Azərbaycanın milli poçt operatoru "Azərpoçt" bu ilin birinci yarımilliyinin sonuna kimi, daha iki ölkənin poçt operatorları ilə "Secured Transfer of Electronic Financial İnformation (STEFİ)" sistemi üzərindən elektron pul baratlarının mübadiləsinə başlamaq niyyətindədir.

Tarix: 28/01/14 Azərbaycan poçtu MDB-də liderdir

Azərbaycan poçtunda digər MDB dövlətləri ilə müqayisədə sığortalı poçt göndərişləri ilə əlaqədar itki və ya oğurluq halları qeydə alınmayıb.

Tarix: 21/01/14 “Azərpoçt” MMC-nin 1132 poçt şöbəsinin mərkəzi serverə qoşulması məqsədilə zəruri texniki tədbirlər görülür

“Maliyyə Xidmətlərinin İnkişafı” layihəsi üzrə nəzərdə tutulan “Azərpoçt” MMC-nin 1132 poçt şöbəsinin mərkəzi serverə qoşulması məqsədilə zəruri texniki tədbirlər görülür.

Tarix: 21/01/14 “Azərpoçt” MMC-nin bankomatlarının sayı 15-ə çatıb

“Azərpoçt” MMC Sumqayıtda bankomat quraşdırıb. Bununla da müəssisənin yerlərdə olan bankomatlarının sayı  15-ə (8 ədəd ATM Bakı ərazisində, 1 ədəd Yevlaxda, 1 ədəd Kürdəmir, 1 ədəd Xırdalan, 1 ədəd Sumqayıt və 3 ədəd ATM isə Gəncə şəhərində) çatdırılıb.

Tarix: 21/01/14 “Azərmarka” yeni poçt markaları buraxıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərmarka” şirkəti “2014 - At ili”nə həsr edilmiş marka seriyasını təqdim edib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, seriyaya 4 poçt markası daxildir. Üzərində at şəklinin təsvir olunduğu markaların hər birinin dəyəri 20 qəpik təşkil edir.








04 May 2024

03 05 2024