bölmədə 649 material var

Tarix: 04/11/11 Sürətli poçt xidmətləri üzrə 3 ədəd yeni lisenziya verilmişdir

Cari ilin 9 ayı ərzində rabitə sahəsində tənzimləmə tədbirlərinin həyata keçirilməsi sahəsində də bir sıra işlər görülmüşdür. Belə ki, RİTN-ə daxil olmuş 12 müraciətə mövcud qaydalara əsasən baxılmış və sürətli poçt xidmətləri üzrə 3 ədəd yeni lisenziya verilmişdir.

Tarix: 03/11/11 Cari ilin 9 ayı ərzində 12 yeni poçt şöbəsi açılmışdır

Cari ilin 9 ayı ərzində “Azərpoçt” MMC-in xidmət şəbəkəsinin inkişafı və genişləndirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, 12 ədəd poçt şöbəsi (PŞ) binasınin tikintisi başa çatdırılmış və 4 ədəd poçt filialında (PF)-də xəzinə qovşağı tikilmiş, 4 ədəd inzibati binada (RİTN-in mərkəzi arxivi və 3 ədəd poçt şöbəsi binası) təmir işləri aparılmışdır.

Tarix: 02/11/11 Yeni poçt şöbələri istifadəyə veriləcək

“Azərpoçt” MMC tərəfindən Müqəddəs Qurban Bayramı münasibətilə ölkənin müxtəlif regionlarında yeni poçt şöbələri istifadəyə verilir. Müəssisədən verilən məlumatda bildirilir ki, əlamətdar gün münasibətilə hazırlanan tədbirlər planına uyğun olaraq Tərtər Poçt filialının Evoğlu və Cəlilabad Poçt filialının Astanlı poçt şöbələri ən yeni avadanlıqlarla,

Tarix: 31/10/11 Poçt gəlirləri artıb

“Azərpoçt” MMC 2011-ci ilin 9 aylığı üzrə tarif gəliri proqnozunu 103% icra edib. Müəssisənin büdcə və proqnozlaşdırma şöbəsinin rəisi Aqşin Həsənzadənin verdiyi məlumata görə, təyin olunan 16 992 000 manat tarif gəliri proqnoz tapşırıqları 17 419 800 manat yerinə yetirilmiş, nəzərdə tutulan proqnozdan 427 800 manat,

Tarix: 28/10/11 “Azərpoçt” MMC inşa müsabiqəsinə start verdi

Hər il olduğu kimi, bu il də Ümumdünya Poçt İttifaqı (ÜPİ) bütün poçt müdiriyyətlərinə məktəblilər arasında ölkənin Təhsil Nazirliyinin iştirakı ilə epistolyar inşa müsabiqəsinin keçirilməsini tövsiyə edərək keçiriləcək müsabiqəyə mövzu təqdim edib. Həmin mövzu üzrə qalib elan edilmiş inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının mərkəzi ofisinə (Bern şəhərinə) göndəriləcəkdir.

Tarix: 25/10/11 Ümumdünya Poçt İttifaqının payız sessiyası başlayır

Oktyabrın 24-də İsveçrənin paytaxtı Bern şəhərində Ümumdünya Poçt İttifaqının (ÜPİ) Administrativ Şurasının payız sessiyası öz işinə başlayır. Administativ Şuranın üzvlüyünə 4 il müddətinə seçilən Azərbaycan ÜPİ-nin

Tarix: 24/10/11 “KOMİS” sisteminə qoşulan poçt şöbələrinin sayı artır

“Azərbaycanın bütün poçt şöbələrinin kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə(KOMİS) qoşulması üçün heç bir problem yoxdur”. Bu barədə “ictnews”-a açıqlama verən Mərkəzi Bankın İdarə heyətinin sədr müavini Alim Quliyev bildirdi ki, Azərbaycan Mərkəzi Bankı (AMB) il ərzində “KOMİS”

Tarix: 20/10/11 Ucqar kəndlərdə də bankomatlar qurulacaq

“Azərpoçt” MMC cari ilin sonunadək respublika daxilində yeni bankomat və pos-terminallar quracaq. Müəssisədən verilən məlumata görə, bu istiqamətdə təhlillər aparılır və mütəxəssislər yerlərə ezam olunub. Aparılan təhlillər nəticəsində bankomatların və post-terminalların qurulması üçün texniki imkanlar öyrəniləcək.

Tarix: 18/10/11 Göyçayda daha 9 poçt şöbəsi bank və maliyyə xidmətinə qoşulur

Hal-hazırda “Azərpoçt” MMC-nin 890 poçt şöbəsi bank və maliyyə xidmətləri göstərir. Bu barədə məlumat verən “Azərpoçt”MMC-nin Maliyyə xidmətləri marketinq şöbəsinin rəisi Yaşar Əhmədov bildirdi ki, yaxın günlərdə bu poçt şöbələrinin sayı bir qədər də artacaq.

Tarix: 17/10/11 Yeni poçt şöbələri istifadəyə veriləcək

“Azərpoçt” MMC tərəfindən 18 Oktyabr Dövlət Müstəqilliyinin 20-ci ili münasibətilə ölkənin müxtəlif regionlarında yeni poçt şöbələri istifadəyə verilir. Müəssisədən verilən məlumatda bildirilir ki, əlamətdar gün münasibətilə hazırlanan tədbirlər planına uyğun olaraq Abşeron Poçt Filialının (PF) Saray 1 poçt şöbəsi (PŞ),

Tarix: 15/10/11 “Azərpoçt” MMC daha iki məntəqədə bankomat qurdu

“Azərpoçt” MMC öz müştərilərinə POS-terminal və ATM-lər vasitəsilə xidmət göstərir. Müəssisədən verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən layihənin tərkib hissəsi olaraq daha iki məntəqədə - Poçtdaşıma Mərkəzində və 4 saylı Poçt filialının 44 saylı Poçt şöbəsində müəssisəyə məxsus bankomatlar qurulub.

Tarix: 15/10/11 Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərmarka” şirkəti Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş markalar seriyasını təqdim edilib. Silsiləyə 4 markadan ibarət kiçik vərəq və 2 poçt bloku daxildir. Kiçik vərəqənin markalarında Azərbaycanın dövlət himni,

Tarix: 12/10/11 Balakən Poçt filialında 1 saylı şəhər Poçt şöbəsi yaradıldı

Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair 2009-2013-cü illər üçün dövlət proqramının icrasından irəli gələn məsələlərlə bağlı RİTN

Tarix: 11/10/11 “Azərpoçt” MMC-nin portalında işğal olunan kəndlərin poçt indeksləri yerləşdirilib

“Azərpoçt”MMC-nin portalında Ermənistan tərəfindən işğal olunmuş rayonların poçt indeksləri də yerləşdirilib.

Tarix: 10/10/11 Bank və maliyyə xidmətlərinə qoşulan ilk regional poçt filialı

Göyçay rayonunun Çaxırlı kəndində yeni poçt şöbəsi istifadəyə verilib. Uzun müddətdir ki, köhnə bir binada fəaliyyət göstərən kənd poct şöbəsi müasir avadanlıqlarla da təmin olunub. Burada vətəndaşlara bank və maliyyə xidmətləri göstərmək üçün kompyuterlər də qurulub.








22 Oktyabr 2018

21 10 2018