bölmədə 675 material var

Tarix: 17/09/13 Ümumdünya Poçt İttifaqının Administrativ Şurasının payız sessiyası keçiriləcək

Cari ilin 28 oktyabr – 15 noyabr tarixlərində Ümumdünya Poçt İttifaqının Administrativ Şurasının payız sessiyası keçiriləcək.

Tarix: 11/09/13 “Azərmarka” iki yeni poçt markası təqdim edib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “Azərmarka” şirkəti yeni poçt markaları buraxıb. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, yeni markalar  Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 15 illik və Dövlət Radiotezliklər İdarəsinin 45 illik yubileylərinə həsr olunub.

Tarix: 09/09/13 İstənilən şəxs işğal olunmuş rayonların kənd poçt şöbələri adından bütün dünyaya məktub göndərə bilər

“Azərpoçt” MMC-nin portalında Ermənistan tərəfindən işğal olunmuş rayonların kənd poçt şöbələrinin  indeksləri də yerləşdirilib.

Tarix: 06/09/13 “Azərpoçt” “Migom” Beynəlxalq pulköçürmələri sisteminin bütün poçt şöbələrində tətbiqini başa çatdırır

“Azərpoçt  MMC “Migom” Beynəlxalq  pulköçürmələri ödəniş sistemini, demək olar, bütün poçt şöbələrində artıq tətbiq edib.

Tarix: 06/09/13 Daha 45 poçt şöbəsinə lisenziya verilməsi üçün Mərkəzi Banka müraciət edilib

“Maliyyə xidmətlərinin  inkişafı” layihəsi uğurla icra olunan və böyük perspektivləri olan layihələrdən biridir.

Tarix: 04/09/13 Poçt şöbələrində yeni monitorlar qurulacaq

Yaxın gələcəkdə Bakının mərkəzi poçt şöbələrində monitorlar quraşdırılacaq.

Tarix: 03/09/13 SMS poçt markasını sıxışdırır

İsveçrə poçtu istifadəçilərə poçt rabitəsi xidmətlərini SMS-in köməkliyi ilə ödəməyi təklif edib.

Tarix: 03/09/13 “Azərpoçt”un daha 21 filialı “Золотая Корона” beynəlxalq pulköçürmələri sisteminə qoşulub

“Azərpoçt” MMC “Золотая Корона” beynəlxalq pulköçürmələri sistemi üzrə fəaliyyətini genişləndirməyə davam edir.

Tarix: 03/09/13 “Azərpoçt” bank əməliyyatları xidmətlərini genişləndirir

“Azərpoçt” MMC-də bir sıra bank əməliyyatları xidmətlərinin tətbiqi prosesi davam etməkdədir. Müəssisədən verilən məlumata görə, maliyyə xidmətlərinin göstərilməsi məqsədilə Mərkəzi Bankın AZİPS və XÖHKS sistemlərinə, eləcə də “SWIFT” sisteminə qoşulması tam başa çatdırılıb. Ödənişlərə nəzarət mütəmadi olaraq həyata keçirilir.

Tarix: 03/09/13 “Binə” ticarət mərkəzindəki poçt şöbəsində KARGO yüklərin daşınması xidməti göstərilə bilər

"Binə” ticarət mərkəzində 5 saylı Poçt Filialının 86 saylı poçt şöbəsinin vətəndaşlara  bütün poçt xidmətləri göstərməsi imkanlığı var. Bu barədə filialın rəisi Qurban Hacıyev  “ICTnews” elektron xəbər xidmətinə məlumat verib.

Tarix: 02/09/13 “Azərpoçt”un beynəlxalq auditini “KPMG” şirkəti 120 günə həyata keçirəcək

Azərbaycanın milli poçt operatoru “Azərpoçt”un beynəlxalq auditini Dünya Bankının keçirdiyi müvafiq tenderin qalibi olan “KPMG” şirkəti həyata keçirəcək.

Tarix: 26/08/13 “Azərpoçt” ilin sonuna kimi kart emissiyasını artırmaq niyyətindədir

Azərbaycanın milli poçt operatoru “Azərpoçt” bu ilin sonuna kimi buraxdığı plastik ödəniş kartlarının sayını artırmaq niyyətindədir.

Tarix: 22/08/13 Azərbaycan Tacikistan və Qırğızıstanla “STEFİ” sistemi üzərindən elektron pulköçürməsinə başlayacaq

Azərbaycanın milli poçt operatoru “Azərpoçt” Tacikistan və Qırğızıstan poçt operatorları ilə “Secured Transfer of Electronic Financial Information (STEFI)” sistemi üzərindən elektron pul baratlarının mübadiləsinə başlamaq niyyətindədir.

Tarix: 22/08/13 “Azərpoçt”da beynəlxalq audit aparılacaq

Azərbaycanın milli poçt operatoru “Azərpoçt”un yaxın günlərdə beynəlxalq auditi üzrə işlərə başlayacaq. “ICTnews” xəbər xidmətinin məlumatına əsasən, artıq “Azərpoçt”un beynəlxalq auditin keçirilməsi üzrə tenderin qalibi müəyyən edilib və qalib auditor şirkəti ilə müqavilə imzalanıb.

Tarix: 20/08/13 Avropanın ən məşhur pulköçürmələr sistemi Azərbaycanla əməkdaşlığa maraqlıdır

“EUROGİRO” pulköçürmələr sistemi Azərbaycanda bütün sahələr kimi poçt rabitəsində aparılan islahatlardan xəbərdardır və ölkəmizin bu sistemə qoşulmasında maraqlıdır”.








24 Noyabr 2024

23 11 2024