Tarix: 12/12/14 ABŞ-da rəqəmli sürücülük vəsiqələri veriləcək

Ayova ABŞ-ın adi sürücülük vəsiqələri ilə birlikdə onların rəqəmli nüsxələrini qanuniləşdirən ilk ştatı olub. Rəqəmli nüsxələr smartfona xüsusi əlavəyə yüklənir və polis tərəfindən saxlanılanda, aeroportda yoxlanışda və s. şəxsiyyət vəsiqəsini əvəz edə bilər.
Tarix: 12/12/14 İşlək “Apple-1” kompüteri hərracda 365 min dollara satılıb

“Reuters” agentliyinin məlumatına əsasən, “Apple” şirkətinin həmtəsisçisi Stiv Cobsun öz valideynlərinin qarajında yığdığı və 1976-cı ildə 600 dollara satdığı tamamilə işlək “Apple-1” kompüteri “Christie's” hərracında 365 min dollara satılıb.
Tarix: 11/12/14 Dövlət Qulluğu Məsələləri üzrə Komissiya İT təchizatının təkmilləşdirilməsinə 361 min manata yaxın vəsait ayırıb

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya İT təchizatının təkmilləşdirilməsinə 361 min manata yaxın vəsait ayırıb.
Tarix: 11/12/14 “Microsoft” şirkəti “Bitcoin” kriptovalyutasının köməyi ilə rəqəmli məzmun üçün ödənişin qəbuluna başlayıb

ABŞ-ın “Microsoft” korporasiyası “Bitcoin” kriptovalyutasının köməyi ilə “Windows Phone” smartfonları və “Xbox” oyun konsolları üçün oyun və başqa rəqəmli məzmuna görə ödənişin qəbuluna başlayıb.
Tarix: 11/12/14 “Samsung” çip bazarına daxil olur

“Qualcomm” artıq 450 Mbit/s-dək məlumat ötürmə sürətinə malik olan “Cat.10 LTE” şəbəkələrini dəstəkləyən çipi anons edib.
Tarix: 11/12/14 "Türkiyə və Azərbaycan mediası: Tarixi müqayisələr və ənənəvi mediadan internet mediasına keçid" mövzusunda beynəlxalq konfrans keçirilib

Bu gün Bakıda "Türkiyə və Azərbaycan mediası: Tarixi müqayisələr və ənənəvi mediadan internet mediasına keçid" mövzusunda beynəlxalq konfrans keçirilib.
Tarix: 11/12/14 Proqramlaşdırmanın əsaslarının öyrənilməsi və ya öyrədilməsinə yönələn “Kod Saatı” təşəbbüsünə Azərbaycanda qoşulanların sayı artır

“Müasir iqtisadiyyatda informatika üzrə iş yerləri bu sahədə məzun olacaq tələbələrdən 3-ün 1-ə nisbətində çoxdur. Bundan başqa, informatika bu gün hər bir sənayenin təməlidir. Lakin məktəblərin 90 faizi onu tədris etmir. Biz bu vəziyyəti dəyişməyə çalışırıq”.
Tarix: 11/12/14 İki texnologiya nəhəngi ortaq oldu

“IBM” korporasiyasının rəsmi saytına əsasən, “Apple” və “IBM” şirkətləri korporativ müştərilər üçün nəzərdə tutulmuş 10 birgə mobil tətbiq yaradıb. “IBM” bilavasitə proqram təminatının hazırlanmasına, “Apple” isə dizayn və mobil tətbiqdən istifadə rahatlığına cavabdehlik daşıyıb.
Tarix: 11/12/14 2017-ci ilə hər üçüncü daşınan qurğu görünməz olacaq

Daşınan elektronikanın yaranmasına səbəb olmuş texnoloji tərəqqi bundan sonra da bu qurğuların təkmilləşdirilməsinə və görünməzliyinə imkan yaradacaq. “Gartner” tədqiqat şirkətinin analitikləri bu məsələ ilə bağlı öz fikirlərini bölüşüblər.
Tarix: 11/12/14 2020-ci ilədək “5G” rabitə standartı əlçatan olacaq

Çin mətbuatı (xüsusilə “China Times” nəşri) yazır ki, onilliyin sonunda Çin Xalq Respublikasında (ÇXR) “5G” rabitə standartı tətbiq ediləcək.
Tarix: 11/12/14 Mobil telefonların sağlamlıq üçün təhlükəsiz olması sübut edilib

Mançester Universiteti alimlərinin qənaətinə görə, mobil telefonlar və elektrik xətlərinin yaratdığı maqnit sahələr insan sağlamlığı üçün zərərsizdir.
Tarix: 11/12/14 Azərbaycanda dünya təcrübəsinə əsaslanan elm texnoparkının yaradılması planlaşdırılır

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) dünya təcrübəsinə əsaslanan elm texnoparkının, elm və biznesin birgə inkişafına xidmət edəcək İnnovasiya Fondunun, eləcə də biznes inkubatorlarının yaradılması nəzərdə tutulub.
Tarix: 11/12/14 “Telecom Italia” və “Huawei” Romada biznes innovasiya mərkəzi yaradacaq

İtaliyanın “Telecom Italia” mobil rabitə operatoru və Çinin “Huawei” elektronika istehsalçısı Romada biznes innovasiya mərkəzinin (Business Innovation Centre, BIC) yaradılması haqqında razılıq əldə edib.
Tarix: 11/12/14 Artıq abunəçilər “Expressbank” ASC-nin ödəmə terminallarında da rabitə xidmət haqlarını ödəyə bilərlər

Bakı, Xırdalan və Sumqayıt şəhərlərində “Expressbank” ASC-nin ödəmə terminalları vasitəsilə də rabitə xidmət haqlarının qəbuluna başlanılıb.
Tarix: 11/12/14 İqtisadiyyat və Sənaye Nazirliyi quruma daxil olan elektron müraciətlərin sayını açıqlayıb

Bu ilin 11 ayı ərzində İqtisadiyyat və Sənaye Nazirliyinə (İSN) 13 minə yaxın elektron müraciət ünvanlanıb.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248