Tarix:11/12/14
Bu, Məlumat Hesablama Mərkəzi (MHM), “Expressbank” ASC və telekommunikasiya qovşaqları arasında imzalanan müqavilələr sayəsində həyata keçirilib.
Abunəçilər bu ödəmə terminallarında telefon nömrəsini daxil etdikdə ekranda bütün rabitə xidməti borcları ayrıca sətirlə əks olunur:
Şəhərlərarası və beynəlxalq danışıq borcu
Aylıq abunə borcu
İnternet borcu
Abunəçi borc məbləğlərini ödəyə və ya avans qoya bilər. Qəbul edilən ödənişlər onlayn rejimdə avtomatik olaraq MHM-in mərkəzi serverinə ötürülür və billinqdə nəzərə alınır. Proqram təminatı Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanıb.
Qeyd edək ki, əgər telefon borca görə bağlıdırsa, “Expressbank” ASC-nin terminallarında ödəniş edildikdən sonra ən çoxu 30 dəqiqə ərzində telefon avtomatik olaraq şəbəkəyə qoşulur.
CAHANGİR
Artıq abunəçilər “Expressbank” ASC-nin ödəmə terminallarında da rabitə xidmət haqlarını ödəyə bilərlər
Bakı, Xırdalan və Sumqayıt şəhərlərində “Expressbank” ASC-nin ödəmə terminalları vasitəsilə də rabitə xidmət haqlarının qəbuluna başlanılıb.Bu, Məlumat Hesablama Mərkəzi (MHM), “Expressbank” ASC və telekommunikasiya qovşaqları arasında imzalanan müqavilələr sayəsində həyata keçirilib.
Abunəçilər bu ödəmə terminallarında telefon nömrəsini daxil etdikdə ekranda bütün rabitə xidməti borcları ayrıca sətirlə əks olunur:
Şəhərlərarası və beynəlxalq danışıq borcu
Aylıq abunə borcu
İnternet borcu
Abunəçi borc məbləğlərini ödəyə və ya avans qoya bilər. Qəbul edilən ödənişlər onlayn rejimdə avtomatik olaraq MHM-in mərkəzi serverinə ötürülür və billinqdə nəzərə alınır. Proqram təminatı Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanıb.
Qeyd edək ki, əgər telefon borca görə bağlıdırsa, “Expressbank” ASC-nin terminallarında ödəniş edildikdən sonra ən çoxu 30 dəqiqə ərzində telefon avtomatik olaraq şəbəkəyə qoşulur.
CAHANGİR
Baxış sayı: 788
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır