Tarix:12/12/14
Rəqəmli nüsxələr adi sürücülük vəsiqələri sahibləri üçün pulsuzdur.
Ayova Nəqliyyat Departamenti 2015-ci ildə müvafiq mobil əlavə buraxacağını bildirib. Bu barədə qərar artıq qəbul olunub. Hazırda layihə prototip və dizayn mərhələsindədir, lakin il yarıma bu işin başa çatdırılacağı qeyd olunur. Belə ki, sınaq versiya 6 ay ərzində buraxılacaq.
Gələcəkdə rəqəmli sənədlər nəqliyyatda elektron biletlərin kağız biletləri əvəz etdiyi kimi, adi sürücülük vəsiqələrini əvəz edə bilər.
Rəqəmli sənədlərin mühafizəsi haqqında danışan departament əməkdaşları bildiriblər ki, saxtalaşdırılması çətin olan bir sıra funksiyalar, o cümlədən ştrix-kodlar və “3D” effektli hərəkət edən təsvirlər nəzərdə tutulub.
Hakimiyyət rəqəmli sənədləri distansiyalı rejimdə ləğv edə biləcək.
Telefonun oğurlanması və ya itirilməsi halında sənədlər PİN kodla mühafizə olunacaq. Gələcəkdə biometrik autentifikasiyanın (üzün tanınması, göz qişasının və ya barmaq izlərinin skan edilməsi) da həyata keçirilməsi planlaşdırılır.
“Elektron aviabiletlər yaradılanda insanları çoxu əsəb keçirib və onlardan istifadə etməkdən ehtiyat ediblər, lakin zaman keçdikcə onlar öz etibarlığını və mühafizəliyini sübut edə biliblər və texnologiya tam şəkildə işə düşüb”, - Nəqliyyat Departamentinin direktoru Mark Lou deyib. Onun fikrincə, bu növ inkişaf mərhələləri rəqəmli sürücülük vəsiqələrini də gözləyir, - “Xaker” yazır.
ABŞ-da rəqəmli sürücülük vəsiqələri veriləcək
Ayova ABŞ-ın adi sürücülük vəsiqələri ilə birlikdə onların rəqəmli nüsxələrini qanuniləşdirən ilk ştatı olub. Rəqəmli nüsxələr smartfona xüsusi əlavəyə yüklənir və polis tərəfindən saxlanılanda, aeroportda yoxlanışda və s. şəxsiyyət vəsiqəsini əvəz edə bilər.Rəqəmli nüsxələr adi sürücülük vəsiqələri sahibləri üçün pulsuzdur.
Ayova Nəqliyyat Departamenti 2015-ci ildə müvafiq mobil əlavə buraxacağını bildirib. Bu barədə qərar artıq qəbul olunub. Hazırda layihə prototip və dizayn mərhələsindədir, lakin il yarıma bu işin başa çatdırılacağı qeyd olunur. Belə ki, sınaq versiya 6 ay ərzində buraxılacaq.
Gələcəkdə rəqəmli sənədlər nəqliyyatda elektron biletlərin kağız biletləri əvəz etdiyi kimi, adi sürücülük vəsiqələrini əvəz edə bilər.
Rəqəmli sənədlərin mühafizəsi haqqında danışan departament əməkdaşları bildiriblər ki, saxtalaşdırılması çətin olan bir sıra funksiyalar, o cümlədən ştrix-kodlar və “3D” effektli hərəkət edən təsvirlər nəzərdə tutulub.
Hakimiyyət rəqəmli sənədləri distansiyalı rejimdə ləğv edə biləcək.
Telefonun oğurlanması və ya itirilməsi halında sənədlər PİN kodla mühafizə olunacaq. Gələcəkdə biometrik autentifikasiyanın (üzün tanınması, göz qişasının və ya barmaq izlərinin skan edilməsi) da həyata keçirilməsi planlaşdırılır.
“Elektron aviabiletlər yaradılanda insanları çoxu əsəb keçirib və onlardan istifadə etməkdən ehtiyat ediblər, lakin zaman keçdikcə onlar öz etibarlığını və mühafizəliyini sübut edə biliblər və texnologiya tam şəkildə işə düşüb”, - Nəqliyyat Departamentinin direktoru Mark Lou deyib. Onun fikrincə, bu növ inkişaf mərhələləri rəqəmli sürücülük vəsiqələrini də gözləyir, - “Xaker” yazır.
Baxış sayı: 690
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır