Tarix:11/12/14
Bu fikri AMEA prezidenti, akademik Akif Əlizadə Avropa İttifaqının (Aİ) nümayəndəliyinin rəhbəri, səfir Malena Mard və nümayəndəliyin Əməliyyatlar Bölməsinin rəhbəri Yerun Villems ilə görüşündə bildirib. Qonaqları salamladıqdan sonra akademiyanın elmi müəssisə və təşkilatlarında müxtəlif istiqamətlərdə aparılan tədqiqatlar haqqında məlumat verən akademik A.Əlizadə müasir dövrdə Azərbaycan elminin nailiyyətlərinin xüsusilə innovativ xarakter daşıdığını diqqətə çatdırıb. Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard isə səmimi qəbula və ikitərəfli əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə öz təşəkkürünü bildirib.
Görüşdə qonaqlara Azərbaycan elminin dünyaya, həmçinin təhsil sistemlərinə inteqrasiyasından və AMEA-da magistratura təhsilinin təşkilindən də bəhs olunub. Qeyd edilib ki, AMEA gənc kadr hazırlığı sahəsində beynəlxalq təcrübənin tətbiqini genişləndirməkdədir. AMEA-dan verilən məlumata görə, görüşdə ölkəmizdəki palçıq vulkanlarının müalicəvi əhəmiyyətindən, AMEA Təcrübə-Sənaye Zavodunun istehsalı olan sürtgü yağları və digər məhsulları haqqında da danışılıb.
Ötən ay ölkəmizdə ilk dəfə təşkil olunmuş Bakı Elm Festivalına toxunan akademik Azərbaycanda elmin inkişafı və onun populyarlaşdırılmasına ciddi diqqət göstərildiyini vurğulayıb.
Sonda Aİ və Azərbaycan innovasiya mühitinin qiymətləndirilməsi və perspektiv istiqamətlər üzrə fikir mübadiləsi aparılıb, innovativ layihələrin dəstəklənməsi üzrə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Həqiqət İSABALAYEVA
Azərbaycanda dünya təcrübəsinə əsaslanan elm texnoparkının yaradılması planlaşdırılır
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) dünya təcrübəsinə əsaslanan elm texnoparkının, elm və biznesin birgə inkişafına xidmət edəcək İnnovasiya Fondunun, eləcə də biznes inkubatorlarının yaradılması nəzərdə tutulub.Bu fikri AMEA prezidenti, akademik Akif Əlizadə Avropa İttifaqının (Aİ) nümayəndəliyinin rəhbəri, səfir Malena Mard və nümayəndəliyin Əməliyyatlar Bölməsinin rəhbəri Yerun Villems ilə görüşündə bildirib. Qonaqları salamladıqdan sonra akademiyanın elmi müəssisə və təşkilatlarında müxtəlif istiqamətlərdə aparılan tədqiqatlar haqqında məlumat verən akademik A.Əlizadə müasir dövrdə Azərbaycan elminin nailiyyətlərinin xüsusilə innovativ xarakter daşıdığını diqqətə çatdırıb. Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard isə səmimi qəbula və ikitərəfli əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə öz təşəkkürünü bildirib.
Görüşdə qonaqlara Azərbaycan elminin dünyaya, həmçinin təhsil sistemlərinə inteqrasiyasından və AMEA-da magistratura təhsilinin təşkilindən də bəhs olunub. Qeyd edilib ki, AMEA gənc kadr hazırlığı sahəsində beynəlxalq təcrübənin tətbiqini genişləndirməkdədir. AMEA-dan verilən məlumata görə, görüşdə ölkəmizdəki palçıq vulkanlarının müalicəvi əhəmiyyətindən, AMEA Təcrübə-Sənaye Zavodunun istehsalı olan sürtgü yağları və digər məhsulları haqqında da danışılıb.
Ötən ay ölkəmizdə ilk dəfə təşkil olunmuş Bakı Elm Festivalına toxunan akademik Azərbaycanda elmin inkişafı və onun populyarlaşdırılmasına ciddi diqqət göstərildiyini vurğulayıb.
Sonda Aİ və Azərbaycan innovasiya mühitinin qiymətləndirilməsi və perspektiv istiqamətlər üzrə fikir mübadiləsi aparılıb, innovativ layihələrin dəstəklənməsi üzrə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 533
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır