Tarix: 17/09/14 2014-cü ildə qlobal inteqral sxem bazarının həcmi 285,9 milyard dollar təşkil edəcək

“IC Insights” tədqiqatçılarının proqnozuna görə, 2014-cü ildə qlobal inteqral sxem bazarının həcmi 285,9 milyard dollara çatacaq. Bu növ yarımkeçirici məhsul satışının təxminən 59 faizi Asiya-Sakit okean regionunun payına düşəcək. Analitiklər hesab edirlər ki, 2017-ci ildə bu bazar payı 61 faizədək arta bilər.
Tarix: 17/09/14 “Big Data” bazarının həcmi ildə 26.4 faiz sürətlə artacaq

İlbəil insanlar tərəfindən generasiya olunan məlumatların həcmi artır: yalnız 2011-ci ildə istifadəçilər ötən illərlə müqayisədə daha çox informasiya yaradıblar. Böyük və çox böyük həcmli məlumatlarla iş böyük xərc tələb edir.
Tarix: 17/09/14 İtaliya şirkətləri Azərbaycanda İKT sahəsində fəaliyyət göstərməkdə maraqlıdırlar

İtaliyanın Verona şəhərində “Azərbaycan: İtaliya üçün biznes imkanları” mövzusunda təqdimat keçirilib.
Azərbaycanın İtaliyadakı səfirliyi və Verona Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə italiyalı iş adamları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tarix: 17/09/14 ABŞ korporasiyası “Android” və “iOS” sistemli qurğular üçün klaviatura təqdim edib

ABŞ-ın “Microsoft” korporasiyası “iPhone”, “iPad” smartfon modelləri, “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular və “Windows” əməliyyat sistemli planşet kompüterlərlə uyğunluq təşkil edən 10 millimetrlik universal mobil klaviatura təqdim edib.
Tarix: 17/09/14 ADİU rektoru: “Biznes inkubatoru” çərçivəsində start-up layihələrinin təmini üçün hər bir şərait yaradılıb”
_300.jpg)
“Biznes inkubatoru” çərçivəsində start-up layihələrinin təmini üçün hər bir şərait yaradılıb. Bu fikri Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru, professor Ədalət Muradov ali təhsil müəssisəsinə ən yüksək balla daxil olan tələbələrlə görüşündə bildirib.
Tarix: 17/09/14 Növbəti ildə “4G” smartfonları 100 dollara satılacaq

Tayvanın “DigiTimes” nəşri tədarük kanalındakı mənbələrə istinadən yazır ki, tezliklə dördüncü nəsil şəbəkəsini dəstəkləyən ucuz smartfonlar bazarda üstünlük təşkil edəcək.
Tarix: 16/09/14 Stokholmda “POST-EXPO-2014” beynəlxalq sərgi-konfransı keçiriləcək

23-25 sentyabr tarixlərində Ümumdünya Poçt İttifaqının (ÜPİ) təşkilatçılığı ilə İsveçin Stokholm şəhərində “POST-EXPO-2014” beynəlxalq sərgi-konfransı keçiriləcək.
Tarix: 16/09/14 Elektron informasiya sisteminə hər gün 20-30 min ədəd bildiriş daxil edilir

Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən (EİS) istifadə qaydaları barədə işəgötürənlərin geniş məlumatlandırılması, onlara bu sahədə metodiki köməklik göstərilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən çoxşaxəli tədbirlər həyata keçirilir.
Tarix: 16/09/14 Avropa İttifaqının peyk operatorları alyans təsis edib

Avropanın “FTA” peyk operatorları “Fransat” (Fransa), “Freesat” və “Tivùsat” birlikdə “FreeTV Alliance” adlı alyans yaratmasını bəyan ediblər.
Tarix: 16/09/14 CTE - “Xəzər: ətraf mühit üçün texnologiyalar”ın yubiley sərgisində innovasiyalı ixtiralar təqdim olunacaq

19-21 noyabr tarixlərində Xəzəryanı və Qafqaz regionlarında mühüm hadisə olaraq ekologiya və ətraf mühitin mühafizəsi üzrə keçirilən CTE - “Xəzər: ətraf mühit üçün texnologiyalar” beynəlxalq sərgisi 5 illik uğurlu iş fəaliyyətinin yubileyini qeyd edəcək.
Tarix: 16/09/14 Elmin İnkişafı Fondunun 5-ci “Mobillik qrantı”nın nəticələri elan olundu

Prezident yanında Elmin İnkişafı Fondunun (EİF) xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirakı əhatə edən və 2014-cü ildə keçirilmiş 5-ci “Mobillik qrantı” müsabiqəsinin nəticələri elan olundu.
Tarix: 16/09/14 Azərbaycan Texniki Universitetində “kağızsız texnologiyalar”a əsaslanan sistemin tətbiqinə başlanılır

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan Təhsil Nazirliyi ilə əməkdaşlığı sayəsində Azərbaycan Texniki Universiteti “AzTU-da elektron təhsil sisteminin yaradılması layihəsini uğurla başa çatdırdı.
Tarix: 16/09/14 Əfqanıstan dövlət qulluğuna kadr seçimində İKT-nin tətbiqi üzrə Azərbaycan təcrübəsindən yararlanmaq niyyətindədir

Əfqanıstan müsabiqə vasitəsilə kadr seçimi, kadr seçimində informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi, dövlət qulluğu sahəsində mövcud olan çap məhsulları və əfqan dövlət qulluqçuları üçün müvafiq təlimlərin keçirilməsi məsələlərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə sıx əməkdaşlıq etmək niyyətindədir.
Tarix: 16/09/14 Azərbaycanda “Baku Science Week (BSW 2015)” adlı fənlərarası elmi forum keçiriləcək

Gələn il ölkəmizdə “Baku Science Week (BSW 2015)” adlı fənlərarası elmi forumun keçirilməsi nəzərdə tutulur.
Tarix: 16/09/14 Azərbaycanda “Onlayn Media 2014” müsabiqəsinə start verilib

Multimedia Mərkəzi tərəfindən “İnformasiya Cəmiyyətinin Jurnalisti” proqramı çərçivəsində
“Onlayn Medianın inkişafına dəstək” layihəsi fəaliyyətə başlayır və “Onlayn Media” müsabiqəsinə start verilir.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248