12px13px15px17px
Tarix:16/09/14

Avropa İttifaqının peyk operatorları alyans təsis edib

Avropanın “FTA” (free-to-air) peyk operatorları “Fransat” (Fransa), “Freesat” (Böyük Britaniya) və “Tivùsat” (İtaliya) birlikdə “FreeTV Alliance” adlı alyans yaratmasını bəyan ediblər.
 
Alyansın yaradılmasında başlıca məqsəd yeni məhsulların hazırlanması, yayımlayıcı qurumlar və kontent provayderləri ilə peyk və IP texnologiyalarına əsaslanan hibrid televiziya xidmətlərinin istifadəyə verilməsi üçün qarşılıqlı fəaliyyətdir.    
 
Bu məqsədə nail olmaq üçün alyans tövsiyələrin və sonradan Avropa bazarı üçün TV qurğularının istehsalında tətbiq olunacaq açıq standartlara əsaslanan spesifikasiyaların hazırlanması ilə məşğul olmağı planlaşdırır. Bundan başqa, “FreeTV Alliance” üzvləri “multiscreen” həllərin uyğunlaşdırılması üzərində iş aparacaq.
 
İtaliyanın “Tivùsat” operatorunun baş direktoru Alberto Siqizmondi “FreeTV Alliance”ın sədri vəzifəsinə təyin edilib. Onun sözlərinə görə, əvvəllər nəhəng “FTA” operatorları diqqəti biznesin milli sərhədlər çərçivəsində qurulmasına yönəldib. Lakin istehsal elektronikası sahəsinin qloballaşması səbəbindən peyk operatorları televiziya bazarında qabaqcıl yerlərdə qalmaq üçün əməkdaşlıq etməlidirlər.
 
Belə ki, “FreeTV Alliance” məişət media texnikası istehsalçılarına lazımi yardım və tövsiyəni etmək niyyətindədir ki, onlar peyk texnologiyalarından istifadə edə bilsinlər. Həmçinin sahə standartlarının razılaşdırılması üzrə işçi qrup fəaliyyətə başlayacaq.
 
Alyansın potensial tərəfdaşlarından biri Almaniyanın “SES/Astra” bölməsinin “HD Plus” operatorudur. “HD Plus”un rəsmi məlumatında deyilir ki, şirkət artıq yaxın vaxtlarda alyansa daxil olmaq üçün bütün proseduraları başa çatdırmaq niyyətindədir.
 
Avropada peyk kanallarının pulsuz yayımı (FTA) geniş yayılıb. Məsələn, təkcə Almaniyada bu kanalların sayı 100 ədədi ötür. 28.2 şərq uzunluq dairəsində “SES Astra 19.2” və “Eutelsat Hot Bird” (13 dərəcə şərq uzunluq dairəsində) peyklərindən yayımlanan kanalların yarısı “FTA” kanalı hesab edilir, - "Telecom Daily www.tdaily.ru” yazır.  
 



Baxış sayı: 829

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024