12px13px15px17px
Tarix:16/09/14

Azərbaycanda “Onlayn Media 2014” müsabiqəsinə start verilib


Multimedia Mərkəzi tərəfindən “İnformasiya Cəmiyyətinin Jurnalisti” proqramı çərçivəsində
“Onlayn Medianın inkişafına dəstək” layihəsi fəaliyyətə başlayır və “Onlayn Media” müsabiqəsinə start verilir.
 
Mərkəzdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, layihənin məqsədi ölkədə  onlayn media  infrastrukturunun inkişafına dəstək vermək, onlayn media sahəsində kadrların peşəkarlığının artırılmasına kömək etmək və yeni media vasitəsilə informasiya əldə edilməsini keyfiyyət və kəmiyyət baxımından yaxşılaşdırmaqdır.
 
Bu məqsədin gerçəkləşməsi istiqamətində ölkədə İnformasiya Cəmiyyəti quruculuğundan, elektron hökumət məsələlərindən, İnternet və mobil texnologiyaların gündəlik həyatımıza təsirindən  sistemli formada yazan peşəkar jurnalistlər şəbəkəsinin inkişaf etdirilməsi  nəzərdə tutulur.
 
Onlayn media sahəsində çalışan kadrların peşəkarlığının artırılması ilə bağlı treninqlər təşkil olunacaq. Bir həftə davam edən təlimləri İKT və media sahəsində çalışan  peşəkar mütəxəssislər aparacaq.
 
Layihə çərçivəsində həmçinin Onlayn Media Müsabiqəsinin  keçirilməsi və bu istiqamətdə ictimai müzakirələrin təşkili nəzərdə tutulur.
 
Onlayn Media  Müsabiqəsinə  ölkədə elektron hökumət quruculuğu, İnformasiya Cəmiyyəti quruculuğu ilə əlaqəli, İKT-nin  müxtəlif sahələrdə tətbiqinə aid onlayn media qurumlarında  dərc olunan yazılar  təqdim olunacaq.
 
Bu müsabiqə çərçivəsində  “Twitter” mikrobloqunda “Ən yaxşı xalq jurnalisti” nominasiyası üzrə yarışma təşkil olunacaq. Müsabiqə iştirakçıları ölkədə elektron hökumət quruculuğu və elektron təhsillə  bağlı yazılan faydalı və ictimai əhəmiyyətli tvitlərin sahibləri olacaq. Müsabiqə çərçivəsində olan bu tip tvitlər bəlli bir müddətdə yalnız “#ehokumət” və  “#etehsil” həştəqləri ilə yazılacaq.
 
Onlayn media müsabiqəsinin qaliblərinə və “Ən yaxşı xalq jurnalisti” yarışmasında fərqlənənlərə qiymətli hədiyyələr və diplomlar təqdim olunacaq.
 
Layihə  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi , “Nar Mobile” və “SİNAM” şirkətlərinin
dəstəyi ilə həyata keçirilir.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 952

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024