Tarix: 09/07/14 Dövlət İnformasiya Ehtiyatları və Fərdi Məlumatların İnformasiya Sistemləri Dövlət Reyestrlərinə daxil edilmiş məlumatların sayı bəlli olub

İyulun 1-i tarixinə bütün qurumlar üzrə Dövlət İnformasiya Ehtiyatlarının və Fərdi Məlumatların İnformasiya Sistemlərinin Dövlət Reyestrlərinə daxil edilmiş məlumatların sayı 211-ə çatıb.
Tarix: 09/07/14 Nazir: “ Azərbaycan Əfqanıstanda elektron hökumətin yaradılması layihəsinə töhfə verib”

Azərbaycan Respublikası tərəfindən Əfqanıstanda elektron hökumətin yaradılması layihəsinə töhfə verilib. “ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov danışıb.
Tarix: 09/07/14 “BlackBerry” şirkəti yeni kvadrat formalı “Passport” smartfonunu nümayiş etdirib

Kanadanın “BlackBerry” şirkəti bu günlərdə yeni “Passport” smartfonunu nümayiş etdirib. “BlackBerry Passport” smartfonu kvadrat formalıdır və iti künclərə malikdir.
Tarix: 09/07/14 “Apple”ın aparıcı tərtibatçısı şirkəti tərk edir

“Apple iOS” əməliyyat sistemi və “Apple”ın kartoqrafiya xidmətinin aparıcı tərtibatçısı Kris Blamenberq korporasiyanı tərk edərək “Uber” şirkətinə keçir. Bu haqda öz mənbələrinə istinadən ABŞ-ın “Information” texnologiya bloqu məlumat verib.
Tarix: 09/07/14 Aktual elmi və texnoloji problemlərin həllinə yönəlmiş elmi tədqiqat proqramları üzrə müsabiqə elan olunur

Azərbaycanda aktual elmi və texnoloji problemlərin həllinə yönəlmiş elmi tədqiqat proqramlarının seçilməsi və maliyyələşdirilməsi məqsədilə müsabiqə elan olunur. Müsabiqə AMEA Rəyasət Heyətinin 9 aprel 2014-cü il tarixli qərarına əsasən həyata keçirilir.
Tarix: 08/07/14 Bakıda məlumatların saxlanılması sistemlərinə həsr olunmuş seminar keçiriləcək

Bakıda iyulun 11-də “НР” şirkətinin təşkilatçılığı ilə məlumatların saxlanılması sistemlərinə həsr olunmuş seminar keçiriləcək.
Tarix: 08/07/14 Mobil ofislər daşınmaz əmlakın qeydiyyatı ilə bağlı şimal bölgəsində vətəndaşlara xidmət göstərəcək

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) mobil ofislər vasitəsilə (xüsusi nəqliyyat vasitələrində) daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətləri əlilliyi olan, ahıl, sağlamlıq imkanları məhdud insanlar, hərəkət çətinliyi səbəbindən ərazi qeydiyyat idarələrinə gələ bilməyən vətəndaşlara çatdırır.
Tarix: 08/07/14 Maliyyə Nazirliyinin FARABI layihəsinin II mərhələsi 2015-ci ildə başa çatacaq

“Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları” avtomatlaşdırılmış informasiya sisteminin (FARABI) tətbiqinin II mərhələsi 2015-ci ilin mayında başa çatacaq. Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən layihə Dünya Bankı tərəfindən dəstəklənir.
Tarix: 08/07/14 “İnformatika müəllimliyi” ixtisasını seçən tələbəyə 100 manat məbləğində əlavə təqaüd veriləcək

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq, peşəkar bilik və kompetensiyalara malik müəllim və təhsil menecerlərinin hazırlanmasına, eləcə də müəllim peşəsinin nüfuzunun artırılmasına xidmət edən islahatyönümlü tədbirlər istiqamətində növbəti addım atılıb.
Tarix: 08/07/14 Azərbaycanda informasiya cəmiyyətinə dair statistik məcmuə işıq üzü görüb

“Azərbaycanda informasiya cəmiyyəti” statistik məcmuəsi nəşr olunub.
Tarix: 08/07/14 İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin tikintisi üçün bağlanan müqavilənin müddəti sentyabrın 1-də tamamlanacaq

Dünya Bankının vəsaiti hesabına tikilən İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin (İTMİM) binasının tikinti-quraşdırma işlərini yerinə yetirmək üçün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ilə beynəlxalq tenderin qalibi olmuş Podratçı “El-Seym İnşaat” MMC arasında 29 avqust 2013-cü il tarixində müqavilə imzalanıb.
Tarix: 08/07/14 2014-cü ildə dünyada TD-LTE mobil şəbəkəsində işləyən abunəçilərin sayı 70,4 milyona çatacaq

Tayvanın “Digitimes Research” analitik şirkətinin məlumatına əsasən, 2014-cü ilin birinci rübünün sonunda dünyada TD-LTE mobil şəbəkəsindən istifadə edən 12,48 milyon abunəçi qeydə alınıb. Cari ilin yekununa görə, abunəçilərin sayının 70,4 milyona çatacağı gözlənilir.
Tarix: 07/07/14 Şəkərli diabetdən əziyyət çəkən uşaqlar insulini xüsusi proqram vasitəsilə alacaqlar

Azərbaycanda ilk dəfə olaraq şəkərli diabetdən əziyyət çəkən uşaqlara insulinin vurulmasında xüsusi cihazlardan, pompalardan istifadə olunacaq.
Tarix: 07/07/14 “IPTV” abunəçilərinin sayı 100 milyona çatıb

Dünyada “IPTV” abunəçilərinin sayı 100 milyonu ötüb. Bu barədə “Point Topic” şirkətinin tədqiqatında deyilir.
Tarix: 07/07/14 2014-cü ildə qlobal kompüter, telefon və planşet bazarının həcmi 4.2 faiz artacaq

İT sahəsində aparıcı tədqiqat və konsaltinq şirkətlərindən biri olan “Gartner” şirkətinin hesabatına əsasən, qlobal kompüter texnikası və mobil telefon bazarının (fərdi kompüter, planşet, telefon və smartfonlar) həcmi 2014-cü ildə 4.2 faiz artaraq 2,4 milyard qurğuyadək artacaq.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248