12px13px15px17px
Tarix:08/07/14

2014-cü ildə dünyada TD-LTE mobil şəbəkəsində işləyən abunəçilərin sayı 70,4 milyona çatacaq

Tayvanın “Digitimes Research” analitik şirkətinin məlumatına əsasən, 2014-cü ilin birinci rübünün sonunda dünyada TD-LTE mobil şəbəkəsindən istifadə edən 12,48 milyon abunəçi qeydə alınıb. Cari ilin yekununa görə, abunəçilərin sayının 70,4 milyona çatacağı gözlənilir.

“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki,  TD-LTE abunəçilərinin ən böyük sayı (28.2%) Səudiyyə Ərəbistanının “Mobily” mobil operatorunun şəbəkəsində qeydə alınıb. Bu göstərici üzrə ikinci yerdə Yaponiyanın “SoftBank Mobile” operatoru, üçüncü yerdə isə 22,4% göstərici ilə Çinin “China Mobile” şirkəti qərarlaşıb.

Mütəxəssislərin proqnozuna görə, 2015-ci ilin sonunadək TD-LTE şəbəkəsində işləyən abunəçilərin sayı 179,8 milyona çatacaq və 2016-cı ildə onların sayı 276,2 milyonadək artacaq.

Emil Hüseynov



Baxış sayı: 626

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024