Tarix:07/07/14
2014-cü ilin birinci rübündə bazarın həcmi 4,8 faiz artıb ki, bu da ötən ilin sonuncu rübündə qeydə alınan artım tempinə uyğundur. Hesabat dövründə dünyada 4,6 milyon yeni “IPTV” abunəçisi qeydə alınıb və bununla da onların ümumi sayı 100,9 milyon nəfər təşkil edib.
Göstərilən müddət ərzində Şərqi Avropa 11,6 faizlə (630 min yeni abunəçi) “IPTV” abunəçilərinin sayının artım tempinə görə lider olub. Şərqi Asiyada rekord 2,58 milyon abunəçi əlavə olunub. Bu, bazarın həcmi nəzərə alınmaqla təəccüb doğurmur. Cari ilin birinci rübündə bu regionda artım 5,7 faiz olub.
Tədqiqata əsasən, 2014-cü ilin martın sonunda dünyada 690,1 milyon genişzolaqlı stasionar xətt olub. Rüb ərzində artım 1,9 faizə bərabər olub ki, bu da son 12 ayda qeydə alınan ən yüksək göstəricidir.
Məsələn, ötən rübdə bu göstərici cəmi 0,4 faiz olub. “Point Topic” ekspertləri 2014-2015-ci illərdə artımın davam edəcəyini proqnozlaşdırırlar. Burada böyük rolu Afrika və Yaxın Şərq ölkələrinin oynayacağı gözlənilir.
Qeyd edək ki, 2013-cü ilin iyununda "Point Topic” bazarda analoji tədqiqat aparıb. Həmin araşdırmaya əsasən, dünyada 87,2 milyon "IPTV” abunəçisi olub. Bu, il ərzində abunəçi sayının 13 milyondan çox artması deməkdir, - "TelecomDaily www.tdaily.ru” yazır.
“IPTV” abunəçilərinin sayı 100 milyona çatıb
Dünyada “IPTV” abunəçilərinin sayı 100 milyonu ötüb. Bu barədə “Point Topic” şirkətinin tədqiqatında deyilir.2014-cü ilin birinci rübündə bazarın həcmi 4,8 faiz artıb ki, bu da ötən ilin sonuncu rübündə qeydə alınan artım tempinə uyğundur. Hesabat dövründə dünyada 4,6 milyon yeni “IPTV” abunəçisi qeydə alınıb və bununla da onların ümumi sayı 100,9 milyon nəfər təşkil edib.
Göstərilən müddət ərzində Şərqi Avropa 11,6 faizlə (630 min yeni abunəçi) “IPTV” abunəçilərinin sayının artım tempinə görə lider olub. Şərqi Asiyada rekord 2,58 milyon abunəçi əlavə olunub. Bu, bazarın həcmi nəzərə alınmaqla təəccüb doğurmur. Cari ilin birinci rübündə bu regionda artım 5,7 faiz olub.
Tədqiqata əsasən, 2014-cü ilin martın sonunda dünyada 690,1 milyon genişzolaqlı stasionar xətt olub. Rüb ərzində artım 1,9 faizə bərabər olub ki, bu da son 12 ayda qeydə alınan ən yüksək göstəricidir.
Məsələn, ötən rübdə bu göstərici cəmi 0,4 faiz olub. “Point Topic” ekspertləri 2014-2015-ci illərdə artımın davam edəcəyini proqnozlaşdırırlar. Burada böyük rolu Afrika və Yaxın Şərq ölkələrinin oynayacağı gözlənilir.
Qeyd edək ki, 2013-cü ilin iyununda "Point Topic” bazarda analoji tədqiqat aparıb. Həmin araşdırmaya əsasən, dünyada 87,2 milyon "IPTV” abunəçisi olub. Bu, il ərzində abunəçi sayının 13 milyondan çox artması deməkdir, - "TelecomDaily www.tdaily.ru” yazır.
Baxış sayı: 684
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır