Tarix:08/07/14
Büdcə təşkilatlarında və büdcədən maliyyələşdirilən təşkilatlarda maliyyə və mühasibat uçotu hesabatlarının mərkəzləşdirilmiş qaydada, “bulud” texnologiyaları əsasında aparılmasını təmin edən FARABİ layihəsi “SİNAM” şirkəti tərəfindən tətbiq olunur. Layihə çərçivəsində sənədləşmə Milli Mühasibat Uçotu Standartları (MMUS) və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) əsasında aparılır.
II mərhələdə FARABİ layihəsinə daha 60 təşkilatın qoşulması nəzərdə tutulmuşdur. İlkin mərhələdə sistemə 39 büdcə təşkilatları və büdcədən maliyyələşdirilən təşkilatlar qoşulmuşdur.
Sistemin əsas prinsipləri və üstünlükləri aşağıdakılardır:
Maliyyə Nazirliyinin FARABI layihəsinin II mərhələsi 2015-ci ildə başa çatacaq
“Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları” avtomatlaşdırılmış informasiya sisteminin (FARABI) tətbiqinin II mərhələsi 2015-ci ilin mayında başa çatacaq. Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən layihə Dünya Bankı tərəfindən dəstəklənir.Büdcə təşkilatlarında və büdcədən maliyyələşdirilən təşkilatlarda maliyyə və mühasibat uçotu hesabatlarının mərkəzləşdirilmiş qaydada, “bulud” texnologiyaları əsasında aparılmasını təmin edən FARABİ layihəsi “SİNAM” şirkəti tərəfindən tətbiq olunur. Layihə çərçivəsində sənədləşmə Milli Mühasibat Uçotu Standartları (MMUS) və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) əsasında aparılır.
II mərhələdə FARABİ layihəsinə daha 60 təşkilatın qoşulması nəzərdə tutulmuşdur. İlkin mərhələdə sistemə 39 büdcə təşkilatları və büdcədən maliyyələşdirilən təşkilatlar qoşulmuşdur.
Sistemin əsas prinsipləri və üstünlükləri aşağıdakılardır:
- Sistem İKT sahəsində hal-hazırda istifadə olunan ən müasir “bulud” texnologiyası əsasında qurulmuşdur;
- Proqram təminatının funksionallığı “Müəssisə resurslarının idarəedilmə sistemi” (beynəlxalq klassifikasiya üzrə – “ERP system”) prinsiplərinə müvafiq qurulub və müəssisənin bütün növ maliyyə-təsərrüfat fəaliyyətinin avtomatlaşdırılmasına və idarə edilməsinə imkan verir;
- Sistemdə Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Maliyyə Nazirliyi ilə birbaşa inteqrasiya dəstəklənir. Bu cür inteqrasiya prosesləri isə Elektron Hökumət konsepsiyasının G2G (dövlət-dövlət) komponentinin əsasını təşkil edir;
- Yaradılan sistemin yaxın vaxtlarda Xəzinə İnformasiya İdarəetmə sistemi ilə də inteqrasiyası istiqamətində fəaliyyət davam etdirilir;
- Sistemin şəbəkəsi və istifadəçilərin Verilənlər Mərkəzi ilə bağlantısı respublikada mövcud ən təhlükəsiz şəbəkə üzərində qurulur;
- Məlumatların təhlükəsiz ötürülməsinin təmin edilməsi üçün istifadəçilərə elektron açar və elektron imza da təqdim olunacaq;
- Sistemdə hər bir istifadəçinin səlahiyyətləri və məlumatlarının məxfiliyi qorunur;
- Sistemin geniş analitik imkanlara malik olması, istifadəçilərə mövcud məlumatlar üzərindən müxtəlif analitik hesabatlar hazırlamağa şərait yaradır.
Baxış sayı: 648
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır