Tarix: 24/04/14 Əmək müqaviləsi bildirişlərinin elektron şəkildə qeydiyyata alınması üçün elektron informasiya sistemi iyulun 1-dən tətbiq olunacaq

Əmək Məcəlləsində dəyişikliklər edilməsi ilə bağlı qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanının icrası ilə əlaqədar, əmək müqaviləsi bildirişlərinin elektron şəkildə qeydiyyata alınması üçün elektron informasiya sistemi cari il iyulun 1-dən tətbiq olunacaq.
Tarix: 24/04/14 Dünya “İKT-də Qızlar” Gününü qeyd edir

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 2010-cu ildə qəbul edilmiş qətnaməsi ilə hər il aprel ayının 4-cü həftəsinin 4-cü günü keçirilən bu tarixi gün qadınların İKT sahəsində rolunun artırılmasına dəstək məqsədi daşıyır. Bu il isə dünya ictimaiyyəti tarixi günü aprelin 24-də qeyd edir.
Tarix: 24/04/14 5 metr məsafədə simsiz enerji ötürmə sistemi hazırlanıb

Cənubi Koreya alimlərinin həlli naqillə enerji yükləmə qurğuları erasına son qoya bilər. Tədqiqatçıların eksperimental sistemi binadakı bütün insanların smartfonlarını uzaq məsafədən enerji ilə yükləyə bilər.
Tarix: 24/04/14 “Apple” daha da varlandı

2013-2014 maliyyə ilinin ikinci rübündə ABŞ-ın “Apple” korporasiyasının mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 7% artaraq 10,22 milyard dollar olub.
Tarix: 24/04/14 Dünya İqtisadi Forumu İKT ilə bağlı hesabatını açıqladı; Azərbaycan 7 pillə yüksəldi, bir çox nəhəng ölkələri geridə qoydu və daha bir göstəricisinə görə dünyada birinci oldu

Hər zaman MDB ölkələri arasında yüksək mövqelərdə yer alan Azərbaycan bu reytinq cədvəlinə əsasən bir çox aparıcı ölkələri də qabaqlayıb.
Tarix: 23/04/14 “LG” şirkəti kosmetika biznesinə qoşulur

Cənubi Koreyanın “LG Group” korporasiyasının “LG Household & Healthcare” struktur bölməsi dünyanın tanınmış “Elizabeth Arden” kosmetik brendini satın almaq niyyətini açıqlayıb. Qadınlar üçün dekorativ kosmetika istehsal edən şirkət 1910-cu ildən bazarda fəaliyyət göstərir.
Tarix: 23/04/14 Bu gün Bakıda Azərbaycan-Niderland Biznes Forumu keçirilib

Bu gün Bakıda Niderland Krallığı parlamentinin senatoru Rene van der Lindenin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Niderland Biznes Forumu keçirilib.
Tarix: 23/04/14 ADİU məzunlarının məlumat və sistemli kataloqu yaradılır

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) müxtəlif illərdə məzunları olmuş dövlət, özəl və beynəlxalq təşkilatlarda məsul vəzifələrdə çalışan və ya vaxtilə çalışmış, elm və təhsil sahəsində nailiyyətlər əldə etmiş və ictimai fəaliyyətdə uğurlar qazanmış məzunlar haqqında sistemli məlumat kataloqunun yaradılması layihəsinə başlanılıb.
Tarix: 23/04/14 “ALPLogo-2014” proqramlaşdırma müsabiqəsinin növbəti illərdə formatı dəyişdiriləcək

Bakının 264 saylı orta məktəbində paytaxtın 6-cı sinif şagirdləri arasında keçirilmiş “ALPLogo-2014” proqramlaşdırma müsabiqəsinin nəticələri artıq məlumdur. Şagirdlər “ALPLogo” proqramlaşdırma mühitində 2 saat ərzində 3 tapşırığı yerinə yetirməli idilər.
Tarix: 23/04/14 “Google” patent mübahisəsində Cənubi Koreya şirkətini dəstəkləyəcək

“Samsung” və “Apple” şirkətləri arasında məhkəmə dinləmələri çərçivəsində hakimə yeni materiallar təqdim olunub.
Tarix: 23/04/14 Azərbaycan miqrasiya proseslərinin ölçülməsinə innovativ yanaşmaların tətbiqi imkanlarının müzakirəsində iştirak edib

Azərbaycan Parisdə Avropa Statistikləri Konfransının 62-ci plenar sessiyasında iştirak edib.
Tarix: 23/04/14 Kitabxana innovasiyaları ilə bağlı elmi araşdırmalar başlayır

Prezident yanında Elmin İnkişafı Fondunun və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 2-ci İKT müsabiqəsinin qalibi olmuş
Tarix: 23/04/14 Kibernetika İnstitutu artıq İdarəetmə Sistemləri İnstitutu adlandırılacaq

Azərbaycan Nazirlər Kabinetinin 104 №-li qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra institutlarının adında dəyişikliklər edilib.
Tarix: 23/04/14 Noutbukların qlobal tədarük həcmi 12% azalıb

Tayvanın “Trend Force” analitik firmasının “WitsView” tədqiqat bölməsinin məlumatına görə, 2014-cü ilin birinci rübündə noutbukların qlobal tədarük həcmi ötən ilin dördüncü rübü ilə müqayisədə 12% azalaraq 40,5 milyon təşkil edib.
Tarix: 23/04/14 Mobil danışıq haqlarının ödənilməsi üçün vergi tutulurmu?

Bütün dünyada olduğu kimi, Azərbaycanda da fəaliyyət göstərən şirkət və qurumların rəhbər şəxslərinin mobil danışıqlarını təmin etmək üçün onların bu danışığa xərclədiyi vəsaitlər müəssisə tərəfindən ödənilir.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248