Tarix:23/04/14
Azərbaycan Dövlət Statistika Komitəsindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, komitənin əmək statistikası və gender statistikası şöbələrinin rəhbərləri 62-ci plenar sessiyada statistik fəaliyyətin optimallaşdırılması və modernizasiyası məsələlərinin müzakirəsində iştirak ediblər.
Seminarda miqrasiya statistikasının keyfiyyətinin, açıqlığının təkmilləşdirilməsinə olan tələblər nəzərdən keçirilmiş və miqrasiya üzrə bir sıra göstəricilərin təkmilləşdirilməsi imkanları, həmçinin miqrasiya proseslərinin ölçülməsinə innovativ yanaşmaların tətbiqi imkanları müzakirə olunub.
Sessiyada statistik istehsalın və xidmətlərin modernizasiyası üzrə yüksəksəviyyəli qrupun fəaliyyətinin nəticələri təqdim olunub.
Tədbirdə statistika orqanları qarşısında duran strateji məsələlər, o cümlədən davamlı inkişaf, mikroməlumatlar, qabaqlayıcı göstəricilər, kombinasiya olunmuş göstəricilər və əhval-ruhiyyə göstəriciləri, həmçinin konseptual və əlaqələndirici səciyyəli digər məsələlər müzakirə olunub.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının mərkəzi qərargahında təşkil edilmiş bu tədbirdə 51 Avropa və digər dünya ölkələrinin milli statistika orqanlarının nümayəndələri iştirak edib.
Aynur Vəliyeva
Azərbaycan miqrasiya proseslərinin ölçülməsinə innovativ yanaşmaların tətbiqi imkanlarının müzakirəsində iştirak edib
Azərbaycan Parisdə Avropa Statistikləri Konfransının 62-ci plenar sessiyasında iştirak edib.Azərbaycan Dövlət Statistika Komitəsindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, komitənin əmək statistikası və gender statistikası şöbələrinin rəhbərləri 62-ci plenar sessiyada statistik fəaliyyətin optimallaşdırılması və modernizasiyası məsələlərinin müzakirəsində iştirak ediblər.
Seminarda miqrasiya statistikasının keyfiyyətinin, açıqlığının təkmilləşdirilməsinə olan tələblər nəzərdən keçirilmiş və miqrasiya üzrə bir sıra göstəricilərin təkmilləşdirilməsi imkanları, həmçinin miqrasiya proseslərinin ölçülməsinə innovativ yanaşmaların tətbiqi imkanları müzakirə olunub.
Sessiyada statistik istehsalın və xidmətlərin modernizasiyası üzrə yüksəksəviyyəli qrupun fəaliyyətinin nəticələri təqdim olunub.
Tədbirdə statistika orqanları qarşısında duran strateji məsələlər, o cümlədən davamlı inkişaf, mikroməlumatlar, qabaqlayıcı göstəricilər, kombinasiya olunmuş göstəricilər və əhval-ruhiyyə göstəriciləri, həmçinin konseptual və əlaqələndirici səciyyəli digər məsələlər müzakirə olunub.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının mərkəzi qərargahında təşkil edilmiş bu tədbirdə 51 Avropa və digər dünya ölkələrinin milli statistika orqanlarının nümayəndələri iştirak edib.
Aynur Vəliyeva
Baxış sayı: 736
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır