Tarix:23/04/14
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbirdə çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev qeyd edib ki, Niderland Azərbaycanın qeyri-neft sektoruna 670 milyon dollar sərmayə yatırıb, ötən ilin nəticələrinə əsasən ölkələr arasında ticarət dövriyyəsi 24% artıb.
"Azərbaycanla Niderland arasında əsas sazişlər artıq imzalanıb, yaxın zamanda sərmayələrin qarşılıqlı təşviqi və qorunması üzrə sazişin imzalanması gözlənilir",- deyə o bildirib.
Tədbirdə çıxış edən Rene van der Linden qeyd edib ki, biznes-forumda kənd təsərrüfatı, təhsil, İKT, tikinti, infrastruktur, logistika, su təsərrüfatının idarə edilməsi və digər sahələri təmsil edən Niderland şirkətləri iştirak edirlər.
Forum çərçivəsində çıxış edən Xarici işlər nazirinin müavini və ADA Universitetinin rektoru Hafiz Paşayev çıxış edərək bildirib ki, bu gün Universitetdə keçirilmiş görüş çərçivəsində Niderlandın Maastrix İdarəetmə Mərkəzi ilə əməkdaşlıq haqda yeni müqavilə imzalanıb.
Forumda İKT sahəsində əməkdaşlıq əlaqələri yaratmaq məqsədi ilə Niderlandın İKT üzrə konsaltinq və geoinformatika sahəsində fəaliyyət göstərən "Arcadis" şirkətinin nümayəndəsi iştirak edib.
Qeyd edək ki, şirkətin fəaliyyət istiqamətlərinə biliklərin idarə edilməsi və innovasiya risklərindən sığortalanma metodları da daxildir. Şirkətin çoxsaylı layihələrindən biri "Huawei Technologies Corporation" şirkətinin Məlumatların Emalı Mərkəzinin yaradılması olub.
Forumda Azərbaycanın özəl sektorunu 170 şirkət, Niderland dövlət və özəl sektorunu isə 30-dək nümayəndə təmsil edib.
Aynur Vəliyeva
Bu gün Bakıda Azərbaycan-Niderland Biznes Forumu keçirilib
Bu gün Bakıda Niderland Krallığı parlamentinin senatoru Rene van der Lindenin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Niderland Biznes Forumu keçirilib."ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbirdə çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev qeyd edib ki, Niderland Azərbaycanın qeyri-neft sektoruna 670 milyon dollar sərmayə yatırıb, ötən ilin nəticələrinə əsasən ölkələr arasında ticarət dövriyyəsi 24% artıb.
"Azərbaycanla Niderland arasında əsas sazişlər artıq imzalanıb, yaxın zamanda sərmayələrin qarşılıqlı təşviqi və qorunması üzrə sazişin imzalanması gözlənilir",- deyə o bildirib.
Tədbirdə çıxış edən Rene van der Linden qeyd edib ki, biznes-forumda kənd təsərrüfatı, təhsil, İKT, tikinti, infrastruktur, logistika, su təsərrüfatının idarə edilməsi və digər sahələri təmsil edən Niderland şirkətləri iştirak edirlər.
Forum çərçivəsində çıxış edən Xarici işlər nazirinin müavini və ADA Universitetinin rektoru Hafiz Paşayev çıxış edərək bildirib ki, bu gün Universitetdə keçirilmiş görüş çərçivəsində Niderlandın Maastrix İdarəetmə Mərkəzi ilə əməkdaşlıq haqda yeni müqavilə imzalanıb.
Forumda İKT sahəsində əməkdaşlıq əlaqələri yaratmaq məqsədi ilə Niderlandın İKT üzrə konsaltinq və geoinformatika sahəsində fəaliyyət göstərən "Arcadis" şirkətinin nümayəndəsi iştirak edib.
Qeyd edək ki, şirkətin fəaliyyət istiqamətlərinə biliklərin idarə edilməsi və innovasiya risklərindən sığortalanma metodları da daxildir. Şirkətin çoxsaylı layihələrindən biri "Huawei Technologies Corporation" şirkətinin Məlumatların Emalı Mərkəzinin yaradılması olub.
Forumda Azərbaycanın özəl sektorunu 170 şirkət, Niderland dövlət və özəl sektorunu isə 30-dək nümayəndə təmsil edib.
Aynur Vəliyeva
Baxış sayı: 666
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır