12px13px15px17px
Tarix:23/04/14

“ALPLogo-2014” proqramlaşdırma müsabiqəsinin növbəti illərdə formatı dəyişdiriləcək

Bakının 264 saylı orta məktəbində paytaxtın 6-cı sinif şagirdləri arasında keçirilmiş “ALPLogo-2014” proqramlaşdırma müsabiqəsinin nəticələri artıq məlumdur. Şagirdlər “ALPLogo” proqramlaşdırma mühitində 2 saat ərzində 3 tapşırığı yerinə yetirməli idilər.
 
Tapşırıqların şərti “informatik.az” saytında “ALPLogo-2014” səhifəsində yerləşdirilmişdi. Müsabiqədə Bakı və Sumqayıt şəhərlərindən 25 şagird əyani olaraq iştirak edib. İsmayıllı, Bərdə, Şabran və Ordubad rayonlarının şagirdləri isə müsabiqəyə İnternet vasitəsilə onlayn qatılıblar. Şərtə görə, regionlardan olan onlayn iştirakçılar məsələləri müsabiqəyə start verilən vaxtdan 30 dəq. əvvəl, səhər 9:30-da “informatik.az” saytından götürüblər.
 
Əyani iştirakçılara isə tapşırıqlar çap olunmuş vərəqlərdə paylanıb və proyektor vasitəsilə nümayiş etdirilib. Hər bir şagirdin işi vaxt bitən kimi yerli nümayəndə tərəfindən İnternet vasitəsilə münsiflər heyətinə göndərilib. Münsiflər heyətinin qərarına görə, əvvəlcə Bakı və Sumqayıt şagirdlərinin, sonra isə onlayn iştirakçların işləri yoxlanılacaq və bütün nəticələr 1-2 gün ərzində “İnformatika müəllimləri” qrupunda, “informatik.az” saytında və həftənin cümə günü “Azərbaycan müəllimi” qəzetində dərc ediləcək.
 
Hal-hazırda işlərin yoxlanması və qiymətləndirilməsi prosesi davam edir.
 
“ICTnews” elektron xəbər xidmətinə bu barədə “ http://www.informatik.az/” saytının rəhbəri, əməkdar müəllim Naidə İsayeva məlumat verib. N.İsayeva müsbət nəticələrin əldə olunduğunu qeyd edib: “Şagirdlər iki il ərzində tanış olduqları “ALPLogo” proqramlaşdırma mühitində yüksək bacarıq nümayiş etdiriblər. İşləri yoxlayan zaman şagirdlərin proqramlaşdırma bacarıqlarını belə yüksək səviyyədə nümayiş etdirməsi münsiflər heyətini çox sevindirdi. Azərbaycanın bölgələrində müsabiqənin ilk dəfə təşkil olunması və bəzi səbəbləri nəzərə alaraq, münsiflər heyəti belə qərara gəldi ki, bölgələrdə iştirak edən şagirdlərə ancaq iştirakçı Sertifikatı verilsin. Gələn illərdə bölgələrdə müsabiqənin keçirilmə formatının dəyişdirilməsi nəzərdə tutulur”.
 
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1710

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024