Tarix: 24/02/14 “BlackBerry” messenceri “Nokia” aparatlarında işləyəcək

“Inside BlackBerry” bloqunda yazılıb ki, “BlackBerry Messenger” (BBM) – “BlackBerry” şirkəti tərəfindən hazırlanmış ani mesajlarla mübadilə xidməti “Nokia” smartfonlarında işləyəcək.
Tarix: 24/02/14 Azərbaycanla Rusiya nanostrukturların yaradılması istiqamətində birgə tədqiqatları davam etdirəcəklər

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutu ilə Rusiya Elmlər Akademiyasının Kristalloqrafiya İnstitutu birgə elmi tədqiqatları davam etdirəcəklər.
Tarix: 24/02/14 Elman Mehdiyev: “Hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatların tam elektron qaydada qəbul edilməsi təmin olunub”

Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2011-ci ildən yeni elektron xidmət - sığortaedənlərdən hesabatların elektron formada qəbulunu həyata keçirir.
Tarix: 24/02/14 Stiv Cobs: yaşasaydı bu gün 59 yaşı tamam olacaqdı

Stiv Cobs kimi daha məşhur olan Stiven Pol Cobs “Apple”, “Next”, “Pixar” şirkətlərinin banilərindən biridir. O, dünya kompüter sənayesinin əsas fiqurlarından biri olmaqla yanaşı, dünya kompüter sənayesinin inkişaf gedişini müəyyən etmiş şəxsdir.
Tarix: 24/02/14 Avropanın 3 şəhəri innovasiya paytaxtı seçilib

Dünyanın innovasiya paytaxtlarının finalçıları bəlli olub. “İ-paytaxt” müsabiqəsində 3 finalçı müəyyənləşib. Onlar İspaniyanın Barselona, Fransanın Qrenobl və Hollandiyanın Qroningen şəhərləridir.
Tarix: 24/02/14 2020-ci ildə Çilidə nəhəng "GMT” teleskopu işə salınacaq

Dünyanın ən iri və ən güclü yerüstü “GMT” (Giant Magellan Telescope) teleskopu 2019-cu ilədək Çilinin mərkəzi hissəsində inşa ediləcək. Qurğu hazırkı orbital “Hubble Space Telescope” (HST) ilə müqayisədə on dəfə daha dəqiq müşahidələr apara biləcək.
Tarix: 24/02/14 Barselonada dünyanın iri mobil sənaye sərgisi işə başlayır

Bu gün Barselonada (İspaniya) dünyanın iri mobil “Mobile World Congress 2014” sənaye sərgisi və mobil rabitə rəhbərlərinin, satıcı və sahiblərinin konqresi rəsmən start götürür.
Tarix: 22/02/14 Azərbaycanda kənd təsərrüfatı mütəxəssislərinin elektron məlumat bazası yaradılacaq

Kənd Təsərrüfatı Nazirliyi (KTN) gələcəkdə müxtəlif yerli və beynəlxalq tərəfdaşların iştirakı ilə Azərbaycanda icra olunan layihələrə cəlb oluna biləcək kənd təsərrüfatı mütəxəssislərinin elektron məlumat bazasının yaradılmasını qərarlaşdırıb.
Tarix: 22/02/14 Azərbaycanlı mütəxəssislər “Startup Turkey 2014″-də iştirak edirlər

Türkiyənin Antalya şəhərində təşkil olunan “Startup Turkey 2014” tədbiri davam edir. Dünyanın 20-yə yaxın ölkəsindən 75 startup, 150 investorun iştirak etdiyi tədbir əsasında seminar-konfranslar, investorlarla startapçılar arasında görüşlər keçiriləcək.
Tarix: 22/02/14 “Dell” şirkətinin banisinin 49 yaşı tamam olur

1965-ci il fevralın 23-də ən böyük kompüter şirkətlərindən biri "Dell"in banisi Maykl Dell anadan olub. Hələ uşaqlıqdan onda sahibkar qabiliyyəti hiss olunub.
Tarix: 21/02/14 “İlin kitabxanaçısı” seçiləcək

Cari ildə kitabxana ictimaiyyəti arasında “İnformasiya təminatında ən yaxşı elmi-texnoloji yenilik”, “Ən yaxşı məqalə” və bir sıra digər nominasıyaları nəzərdə tutan “İlin kitabxanaçısı” müsabiqəsinin keçirilməsi təklif edilir.
Tarix: 21/02/14 “Horizon 2020” ilə əlaqədar regional tədbir keçiriləcək

Avropa Birliyinin Elmi Tədqiqatlar və İnnovasiyalar – “Horizon 2020” Çərçivə Proqramının fəaliyyətə başlaması ilə əlaqədar regional tədbir keçiriləcək.
Tarix: 21/02/14 Elektron xidmət növlərinin siyahısında hansı dəyişikliklər edilib?

Azərbaycan Nazirlər Kabineti “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edib.
Tarix: 21/02/14 Dünyanın 50 ən “ağıllı” şirkətinin adı açıqlanıb

Massaçusets Texnologiya İnstitutu (MTİ) dünyanın 50 ən qabaqcıl şirkətinin illik reytinqinə “Apple” şirkətini daxil etməyib. Sözügedən reytinq təhsil müəssisəsinin rəsmi bloqunda dərc edilib.
Tarix: 21/02/14 Azərbaycan İsrailin kənd təsərrüfatı texnologiyalarına maraq göstərir

Azərbaycan İsraillə kənd təsərrüfatı sahəsində avtomatlaşdırılmış nəzarət sistemlərinin tətbiqi məsələlərini müzakirə edib.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248