12px13px15px17px
Tarix:22/02/14

“Dell” şirkətinin banisinin 49 yaşı tamam olur

1965-ci il fevralın 23-də ən böyük kompüter şirkətlərindən biri "Dell"in banisi Maykl Dell anadan olub. Hələ uşaqlıqdan onda  sahibkar qabiliyyəti hiss olunub. Belə ki, o, tətil zamanı poçtda işləyib. Dellin vəzifəsi qəzet abunəçilərinin sayını artırmaq olub. Hər bir yeni abunəçi əlavə gəlir demək idi. 
 
Maykl Dell o zaman başa düşür ki, şəhərə yeni gələn insanları abunə olmaq üçün inandırmaq daha asandır. Buna görə də o, şəhərin yeni sakinləri haqqında informasiya verən dostlarına pul ödəməyə başlayır.

Maykl Dell məktəbi bitirdikdən sonra Texas Universitetinin tibb fakültəsinə daxil olur. O, bu ərəfədə kompüterlərin satışı ilə məşğul olan "PC's Limited" firmasını yaratmışdı. Şirkət gəlir gətirməyə başlayanda Maykl Dell universiteti ataraq öz şəxsi biznesinin inkişafı ilə  məşğul olur. 1987-ci ildə şirkətin adı dəyişdirilərək "Dell Computer Corporation" olur. 2003-cü ildən etibarən isə  "Dell Inc" adlanır.

Emil Hüseynov



Baxış sayı: 669

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024