12px13px15px17px
Tarix:21/02/14

Elektron xidmət növlərinin siyahısında hansı dəyişikliklər edilib?

Azərbaycan Nazirlər Kabineti “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edib.

“ICTnews” elektron xəbər xidmətinin NK-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, dəyişikliklərə əsasən, “Elektron xidmət növlərinin Siyahısı”na 10.13-cü və 10.14-cü bəndləri əlavə edilib.

Əlavə edilən 10.13-cü bəndə “Bitki və bitkiçilik məhsullarının idxalına və ixracına, təkrar ixracına, Azərbaycan Respublikasının ərazisində daşınmasına və dövriyyəsinə idxal karantin icazəsinin, təkrar ixracat fitosanitar sertifikatının və fitosanitar sertifikatlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu” xidməti, 10.14-cü bəndə isə “Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması və qeydiyyata alınması üçün müraciətin və sənədlərin qəbulu” xidməti daxildir.

Qeyd edək ki, sözügedən xidmətlər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçiriləcək.

Bundan əlavə, “Elektron xidmət növlərinin Siyahısı”nın 30.11-ci - 30.14-cü bəndləri ləğv edilib.

Bu bəndlər Dövlət Sosial Müdafiə Fondunun “Şəxsi hesab vərəqəsindən çıxarışın sığortaedənə verilməsi”, “Üzləşmə aktlarının sığortaedənə verilməsi”, “Növbəti səyyar yoxlamanın keçirilməsinin vaxtının dəyişdirilməsi üçün müraciətin qəbulu” və “Növbədənkənar səyyar yoxlamanın keçirilməsi üçün müraciətin qəbulu” xidmətlərini əhatə edir.

CAHANGİR
 



Baxış sayı: 897

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024