Tarix: 07/11/13 “Huawei” “5G” şəbəkəsinin hazırlanmasına 600 milyon dollar xərcləyəcək

Çinin “Huawei” telekommunikasiya avadanlığı istehsalçısı 2018-ci ilədək beşinci nəsil şəbəkəsinin (5G) inkişafına 600 milyon dollar investisiya yatıracaq. Bu barədə şirkətin məlumatında deyilir.
Tarix: 07/11/13 2015-ci ilədək “Samsung” elastik displey buraxacaq

2015-ci ilədək Cənubi Koreyanın “Samsung Electronics” şirkəti elastik displey istehsalına başlamağı düşünür. Bu barədə şirkətin vitse-prezidenti Kvon O Heyn Seulda keçirilən istehsalçının orta və uzunmüddətli planlarına həsr olunan təqdimatda bildirib.
Tarix: 07/11/13 “Apple” Çində 5 ən iri smartfon tədarükçüsü beşliyinə daxil olub

“Apple” şirkəti Çin bazarında yeni “iPhone 5s” və “iPhone 5c” modellərinin təqdim edilməsi sayəsində ölkədə 5 aparıcı smartfon istehsalçısı beşliyinə qayıtmağa nail olaraq yerli istehsalçılar “ZTE” və “Xiaomi” şirkətlərini qabaqlayıb.
Tarix: 07/11/13 2015-ci ildə “Samsung” şirkəti elastik displey istehsal edəcək

Cənubi Koreyanın “Samsung” şirkəti 2015-ci ildə elastik displey istehsal edəcək. Bu barədə şirkətin vitse-prezidenti Kvon O Hyun Seulda keçirilmiş təqdimatda söz verib.
Tarix: 07/11/13 Yarımkeçiricilərin satış rekordu təzələnib

Yarımkeçiricilər Sənayesi Assosiasiyasının məlumatına əsasən, 2013-cü ilin iyul-sentyabr ayları ərzində yarımkeçiricilərin qlobal satış həcmi 80.92 milyard dollar təşkil edib. Bu il üçüncü rübün nəticəsi 2012-ci ilin müvafiq rübünün göstəricisindən 8.4% çox olub.
Tarix: 06/11/13 Rabitə sahəsində çalışanların sayı artıb

İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı və əməkhaqları artıb.
Tarix: 06/11/13 Rusiyanın məlumatların vizuallaşdırılması sistemləri üzrə şirkəti Azərbaycanda layihələr həyata keçirmək niyyətindədir

Rusiyanın “Polymedia” şirkəti Azərbaycanın energetika, təhsil sahəsində və dövlət strukturlarında öz texnoloji həllərini tətbiq etməyi planlaşdırır.
Tarix: 06/11/13 İntellektual oyunların qalibləri ən son premyeraları kinoteatrlarda izləmək imkanı qazanacaq

“Park Cinema” ölkənin ən böyük gənclər təşkilatlarından biri, intellektual oyunların keçirilməsində ixtisaslaşmış “Xəzər” İntellektual Gənclər Klubu ilə əməkdaşlığa başlayır.
Tarix: 06/11/13 “Fujitsu” məlumatların optik texnologiyalar ilə ötürülməsinə əsaslanan serverlər təqdim edib

“Fujitsu” şirkətinin nümayiş etdirdiyi yeni serverlərdə məlumatların ötürülməsi üçün işıq fotonları və lazer şüası əsasında nazik optik birləşmələrdən istifadə edilir. Ənənəvi serverlərdə daha aşağı sürət, yüksək müqavimət və daha aşağı buraxılış zolağına malik mis birləşmələrdən istifadə olunur.
Tarix: 06/11/13 Akif Əlizadə: “Azərbaycan elmi ictimaiyyətinin “Thomson Reuters”ə çıxış təcrübəsi o qədər də ürəkaçan deyil”

“Azərbaycan elmi ictimaiyyətinin “Thomson Reuters” qlobal elmi bazasına çıxış təcrübəsi o qədər də ürəkaçan deyil. Təcrübənin azlığı ölkə alimlərinin elmi nailiyyətlərinin müəyyən qədər kölgədə qalmasına və beynəlxalq elm ictimaiyyətinə lazımi səviyyədə çatdırılmamasına gətirib çıxarıb”.
Tarix: 06/11/13 Azərbaycanda ilk virtual tarixi muzey yaradılır

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun üçüncü qrant müsabiqəsinin qalibi olmuş “Virtual Qarabağ Tarixi muzeyinin yaradılması” layihəsində AMEA Milli Azərbaycan Tarixi Muzeyi də iştirak edəcək.
Tarix: 06/11/13 “Mobil kitab rəfi” istifadəyə verilib

Azərbaycan Gənclər Fondu gənclərin kitab oxumağa marağının artırılması, onların daha asan və praktik yollarla kitab əldə etmələri və maariflənmələri üçün daha bir maarifləndirici layihəyə start verib.
Tarix: 06/11/13 “LG Display” maye-kristal panellər bazarında liderliyini saxlayır

Cənubi Koreyanın "LG Display” şirkəti 9,1 və daha böyük düymlü maye-kristal panellər (LCD) bazarında liderliyini qoruyub. Bu barədə 2013-cü ilin üçüncü rübünə yekun vuran “DisplaySearch” şirkətinin analitikləri bildirib.
Tarix: 06/11/13 “Samsung” 2014-cü ildə 360 milyon mobil telefon satmağı planlaşdırır

2014-cü ilin yekunları üzrə Cənubi Koreyanın "Samsung Electronics” şirkəti 360 milyon mobil telefon satmağı planlaşdırır ki, bu da bir il əvvəl qeydə alınan göstəricidən 20 faiz çoxdur. “Galaxy S4”, “Galaxy Note” və digər bahalı smartfon modellərinin payı mobil qurğuların ümumi payının təxminən 35 faizini (126 milyon ədəd) təşkil edəcək.
Tarix: 06/11/13 “Azərbaycanda dövlət qulluğuna qəbul sahəsində İT-nin tətbiqi”nə dair təqdimat edilib

Cari ilin 28-30 oktyabr tarixlərində Dövlət Qulluğu sahəsində Regional Xabın təşkilatçılığı ilə Qazaxıstanın paytaxtı Astana şəhərində “Dövlət qulluğunun təkmilləşdirilməsinin aktual problemləri” mövzusunda seminar-təlim keçirilib.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248