Tarix:07/11/13
“Apple” şirkəti Çin bazarında yeni “iPhone 5s” və “iPhone 5c” modellərinin təqdim edilməsi sayəsində ölkədə 5 aparıcı smartfon istehsalçısı beşliyinə qayıtmağa nail olaraq yerli istehsalçılar “ZTE” və “Xiaomi” şirkətlərini qabaqlayıb. Bu barədə “Bloomberg” agentliyi Çinin smartfon bazarında ixtisaslaşan “Canalys” şirkətinin analitiki Nikol Penqə istinadən məlumat verib.
2013-cü ilin üçüncü rübündə Çində “iPhone” modelinin tədarük həcmi illik hesablamada 32 faiz artıb ki, bu da “Apple”a yerli bazarda smartfon satışından 6 faizlik paya sahib çıxmağa imkan verib. Ötən rübdə şirkət bazarda 5 faizlik paya malik olub və istehsalçıların ümumi hesabatında yeddinci yeri tutub.
N.Penqin sözlərinə görə, “iPhone” və “iPad” istehsalçısının Çində uğuru burada yeni modellərin bazara ABŞ və digər ölkələrdə eyni vaxtda çıxarılması ilə əlaqədardır. Lakin gələcəkdə şirkət üçün ölkədə iştirakını genişləndirməsi heç də asan olmayacaq.
Çində birinci yeri bazar payı 14 faiz təşkil edən “Samsung” şirkəti tutur. İkinci yeri smartfon tədarükünü 64 faiz artırmağa nail olan Lenovo (13 faiz) qərarlaşıb. Liderlər üçlüyünü 11 faizlik payla yerli istehsalçı “Coolpad” tamamlayır, - “DailyComm” www.dailycomm.ru yazır.
“Apple” Çində 5 ən iri smartfon tədarükçüsü beşliyinə daxil olub

Baxış sayı: 673
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır