12px13px15px17px
Tarix:06/11/13

İntellektual oyunların qalibləri ən son premyeraları kinoteatrlarda izləmək imkanı qazanacaq

"Park Cinema" ölkənin ən böyük gənclər təşkilatlarından biri, intellektual oyunların keçirilməsində ixtisaslaşmış "Xəzər" İntellektual Gənclər Klubu ilə əməkdaşlığa başlayır.
 
Əməkdaşlığın məqsədi intellektual oyunlar hərəkatını dəstəkləmək, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək, eləcə də gənclərin kinoya  marağını artırmaqdır. Əməkdaşlıq çərçivəsində gənclər arasında təşkil olunacaq intellektual oyunların qalibləri "Park Cinema"dan ən son premyeraları kinoteatrlarda izləmək imkanı qazanacaq, vaxtaşırı kinomaniya mövzusunda intellektual oyunlar təşkil olunacaq.
 
Qeyd edək ki, oyunların qalibləri filmlərə ölkənin ən böyük və ən qabaqcıl kinoteatrında, "Park Cinema Metro Park" kinoteatrında baxacaqlar.
 
"Park Cinema"nın ictimaiyyətlə əlaqələr üzrə meneceri Nərgiz Rəfiyevanın sözlərinə görə, bu əməkdaşlıq şirkət üçün ilk növbədə korporativ sosial məsuliyyət sferasında önəmli layihədir. O, intellektual gəncləri dəstəkləməklə bu sahəyə diqqəti artırmaq və gələcəyimiz olan gənclərin inkişafına töhfə vermək istəklərinin olduğunu vurğulayıb.

 
 
 
 
 
 
 
 
 
 



Baxış sayı: 677

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024